Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
Tarix: 27-07-2026 | Saat: 23:49
Bölmə:Dünya | çapa göndər

Rusiyanın yeni qərarı Ermənistanın ixrac sektoruna növbəti ağır zərbə vurub.
aia.az xəbər verir ki, RIA Novosti-nin yaydığı məlumata görə, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) bu gündən etibarən Ermənistandan süd məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edib.
Bu, son dövrlərdə tətbiq edilən məhdudiyyətlər silsiləsinin davamıdır. Daha əvvəl Ermənistanın çiçək, tərəvəz, giləmeyvə, meyvə, üzüm, kartof, quru meyvələr, bütün bitki mənşəli məhsulları və balıq məhsullarının Rusiyaya ixracına da qadağalar qoyulmuşdu.
RIA Novosti-nin rəsmi statistika əsasında apardığı hesablamalara görə, Ermənistan Rusiya bazarını itirəcəyi halda süd məhsullarının ixracından əldə etdiyi gəlirin təxminən 80 faizini itirə bilər.
2025-ci ilin yekunlarına əsasən Ermənistan pendir, süd, kərə yağı, yumurta və digər süd məhsullarının dünya bazarlarına ixracından 20,2 milyon dollar gəlir əldə edib. Bu gəlirin 79,3 faizi məhz Rusiya bazarının payına düşüb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-07-2026