Ana dilimiz milli kimliyimizin və dövlətçiliyimizin əbədi dayağıdır
Tarix: 27-07-2026 | Saat: 17:43
Bölmə:Siyasət | çapa göndər

Avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu əlamətdar tarix təkcə ana dilimizin zənginliyinə ehtiramın ifadəsi deyil, həm də xalqımızın milli yaddaşına, dövlətçilik ənənələrinə və mənəvi dəyərlərinə sədaqətin təntənəsidir. Çünki dil sadəcə ünsiyyət vasitəsi deyil. Dil xalqın tarixini, mədəniyyətini, dünyagörüşünü və milli ruhunu gələcək nəsillərə daşıyan ən etibarlı körpüdür. Azərbaycan dili əsrlər boyu müxtəlif tarixi sınaqlardan keçərək öz zənginliyini və saflığını qoruyub saxlamışdır. Xalqımızın müstəqil dövlətə malik olmadığı dövrlərdə belə məhz ana dili milli varlığımızın yaşamasını təmin edən ən güclü amillərdən biri olmuşdur. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Bu fikir yalnız tarixi həqiqət deyil, həm də Azərbaycanın müasir inkişaf fəlsəfəsinin əsas prinsiplərindən biridir.
Sovet hakimiyyəti illərində milli dillərin sıxışdırılması siyasətinin gücləndiyi bir dövrdə Azərbaycan dilinin hüquqlarını müdafiə etmək böyük cəsarət tələb edirdi. Həmin illərdə ana dili uğrunda açıq mübarizə aparmaq bir çox hallarda ciddi təzyiqlərlə nəticələnirdi. Belə mürəkkəb şəraitdə Ulu Öndər Heydər Əliyev qətiyyətli mövqeyi ilə fərqləndi, ana dilinin dövlət dili kimi tanınması uğrunda ardıcıl mübarizə apardı və ziyalıları bu müqəddəs məqsəd ətrafında birləşdirdi. Məhz onun təşəbbüsü ilə 1978-ci il Azərbaycan SSR Konstitusiyasında "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" müddəasının təsbit edilməsi milli tariximizin ən mühüm hadisələrindən birinə çevrildi. Bu qərar gələcək müstəqil dövlətimizin dil siyasətinin hüquqi və mənəvi təməlini formalaşdırdı.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ana dilinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri oldu. 1995-ci il Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit edilməsi milli iradənin və dövlətçilik düşüncəsinin təntənəsi idi. Ardınca qəbul olunan "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman, Dövlət Dil Komissiyasının yaradılması, "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Fərman, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun və digər mühüm sənədlər ana dilimizin hüquqi əsaslarını daha da möhkəmləndirdi.
Bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının Azərbaycan dilinin saflığının qorunması, latın qrafikalı nəşrlərin genişləndirilməsi, elektron məkanda Azərbaycan dilinin tətbiqinin artırılması, dilçiliyin inkişafına dair Dövlət Proqramının qəbul edilməsi, dövlət dilindən istifadənin təkmilləşdirilməsi istiqamətində imzaladığı sərəncam və fərmanlar göstərir ki, ana dilinin inkişafı dövlət siyasətinin daim diqqət mərkəzindədir. Son illərdə qəbul edilən qərarlar, o cümlədən bu sahədə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi Azərbaycan dilinin müasir dövrün çağırışlarına uyğun inkişafına xidmət edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Qloballaşmanın sürətləndiyi, rəqəmsal texnologiyaların həyatımızın bütün sahələrinə nüfuz etdiyi indiki dövrdə dilimizin saflığının qorunması xüsusi əhəmiyyət daşıyır. Xarici sözlərdən yersiz istifadə, dil normalarının pozulması, xüsusilə informasiya məkanında məsuliyyətsiz yanaşmalar milli-mənəvi dəyərlərimizə münasibətin göstəricisidir. Buna görə də ana dilinin qorunması yalnız dövlət qurumlarının deyil, alimlərin, müəllimlərin, yazıçıların, jurnalistlərin, media nümayəndələrinin və hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.
Bu gün Azərbaycan dili dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox soydaşımızı vahid milli kimlik ətrafında birləşdirən ən güclü mənəvi bağdır. Dilimizin zəngin lüğət ehtiyatı, yüksək ifadə imkanları, qədim ədəbi ənənələri və müasir inkişaf potensialı onu dünyanın seçilən dillərindən birinə çevirir. Azərbaycan dilini qorumaq təkcə keçmişimizə hörmət deyil, həm də gələcəyimizə məsuliyyətlə yanaşmaq deməkdir.
1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü hər birimizə bir həqiqəti daim xatırladır: ana dilimizin taleyi hər birimizin əlindədir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dil siyasəti nəticəsində Azərbaycan dili bu gün müstəqil dövlətimizin qüdrətini, milli birliyimizi və mənəvi zənginliyimizi ifadə edən ən ali dəyərlərdən biri kimi yaşayır, inkişaf edir və gələcək nəsillərə inamla ötürülür.
Emil Tağıyev,
YAP Xaçmaz rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-07-2026