Mobil versiya
Azərbaycanda 2 mindən çox əlilliyi olan şəxs işlə təmin edilib
Tarix: 27-07-2026 | Saat: 17:14
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda 2 mindən çox əlilliyi olan şəxs işlə təmin edilib

Azərbaycanda ilin əvvəlindən bu günədək 2 100 əlilliyi olan şəxsin münasib işlə təmin olunmasına nail olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, əlilliyi olan şəxslərin əmək bazarına çıxış imkanlarının artırılması məqsədilə müxtəlif peşə hazırlığı kursları təşkil edilir.

Bildirilib ki, cari il ərzində 224 əlilliyi olan şəxs bu kurslara cəlb olunub. Təlimləri uğurla başa vuran şəxslərin işlə təmin olunması üçün müvafiq dəstək tədbirləri həyata keçirilib.

Nazirlik qeyd edib ki, bu istiqamətdə əsas məqsəd əlilliyi olan şəxslərin məşğulluq imkanlarını genişləndirmək və onların əmək bazarına inteqrasiyasını gücləndirməkdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-07-2026