Pentaqon ABŞ-İran qarşıdurması ilə bağlı itki statistikasını yeniləyib
Tarix: 27-07-2026 | Saat: 18:39
Bölmə:Özəl | çapa göndər

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ-İran hərbi qarşıdurması ilə bağlı itki statistikasını yeniləyib. Məlumata görə, Müdafiə İtkilərinin Təhlili Sistemində (DCAS) yaralanan hərbçilərlə bağlı göstəricilər artırılıb.
Yenilənmiş statistikaya əsasən, sistemə 140-dan çox yaralı hərbçi əlavə edilib. Həmçinin iyulun 7-dən etibarən həlak olan və yaralanan hərbçilərin uçotu üçün "Xarici əməliyyatlar" adlı yeni kateqoriya yaradılıb.
Pentaqonun açıqladığı məlumatda bildirilir ki, qarşıdurmanın ilkin mərhələsi kimi təqdim olunan və "Operation Epic Fury" adlandırılan əməliyyat zamanı 14 ABŞ hərbçisi həlak olub, 400-dən çox hərbçi yaralanıb.
Rəsmi statistikaya görə, fevralın 28-dən etibarən ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar dövründə ümumilikdə 18 hərbçi həlak olub, 624 hərbçi isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Pentaqon hadisələrin detalları və itkilərin hansı əməliyyatlar zamanı baş verdiyi ilə bağlı əlavə məlumat açıqlamayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-07-2026