Mobil versiya
Oğuzhan Uğur ifadə verib, ittihamları qəbul etməyib
Tarix: 20-07-2026 | Saat: 13:33
Bölmə:Özəl | çapa göndər

Oğuzhan Uğur ifadə verib, ittihamları qəbul etməyib




"BaBaLa TV"nin qurucusu Oğuzhan Uğur Ahbap Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində polisə ifadə verib. Türkiyə KİV-lərinin məlumatına görə, o, barəsində irəli sürülən ittihamları qəbul etmədiyini bildirib.

Uğur ifadəsində 2023-cü ilin fevral zəlzələlərindən sonra Ahbap, AFAD və Türk Qızıl Ayparasının (Kızılay) yalnız rəsmi və təsdiqlənmiş hesab nömrələrini paylaşdıqlarını qeyd edib. Onun sözlərinə görə, yayımlarda məqsəd ianə toplamaq deyil, ictimaiyyəti düzgün məlumatlandırmaq olub.

O bildirib ki, Ahbap Dərnəyinin maliyyə fəaliyyəti, toplanan ianələrin həcmi və həmin vəsaitlərin xərclənməsi barədə hər hansı məlumata malik olmayıb. Uğurun sözlərinə görə, canlı yayımlar zamanı səsləndirilən ianə məbləğləri yalnız izləyicilərin bəyan etdiyi rəqəmlər əsasında qeydə alınıb və bu vəsaitlərin sonradan köçürülüb-köçürülmədiyini müəyyən etmək imkanları olmayıb.

İfadəsində o, zəlzələdən sonra Haluk Leventin dəvəti ilə Hataya getdiyini, bölgədə yardım fəaliyyətini və vəziyyəti ictimaiyyətə çatdırmaqla məşğul olduğunu bildirib. Uğur həmçinin Ahbap rəhbərliyindən Haluk Leventdən başqa heç kimi tanımadığını və 2023-cü ilin fevralından sonra onunla şəxsən görüşmədiyini deyib.

İstintaq çərçivəsində şirkətin maliyyə əməliyyatları ilə bağlı sualları da cavablandıran Uğur, Gain Media ilə proqram müqaviləsi əsasında gəlir əldə etdiklərini və həmin vəsait hesabına kreditlə ev aldıqlarını bildirib. O, həmçinin avtomobil alınması zamanı eyni bank köçürməsinin texniki səbəblərdən bir neçə dəfə təkrarlandığını, bunun faktiki maliyyə dövriyyəsini əks etdirmədiyini iddia edib.

Oğuzhan Uğur şirkət və şəxsi hesablar üzrə bütün maliyyə əməliyyatlarının kommersiya fəaliyyəti ilə bağlı olduğunu, Ahbap Dərnəyi ilə maliyyə əlaqəsinin olmadığını vurğulayıb. O, dələduzluq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və cinayətkar təşkilatla əlaqə barədə ittihamları rədd edib.

Uğurun vəkilləri isə istintaq zamanı aparılan axtarış və elektron daşıyıcıların götürülməsi prosesində prosessual pozuntuların baş verdiyini iddia edərək, onun barəsində cinayət təqibinə xitam verilməsini və azadlığa buraxılmasını tələb ediblər. :::



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-07-2026