Səbinə Salmanova: Peşəkar media dövlətin strateji resursudur
Tarix: 20-07-2026 | Saat: 17:20
Bölmə:Siyasət | çapa göndər

Hər bir xalqın tarixində onun milli kimliyinin formalaşmasına, mənəvi dəyərlərinin qorunmasına və dövlətçilik ənənələrinin möhkəmlənməsinə xidmət edən fundamental institutlar vardır. Bu institutlar arasında mətbuat xüsusi yer tutur. Çünki mətbuat sadəcə xəbərləri cəmiyyətə çatdıran informasiya vasitəsi deyil. O, xalqın düşüncə tarixini yazan salnaməçi, ictimai rəyin formalaşdırıcısı, milli ideyaların daşıyıcısı, dövlətlə vətəndaş arasında etibarlı körpü və cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm ictimai institutdur. Məhz buna görə də dünyanın inkişaf etmiş ölkələrində media cəmiyyətin strateji resurslarından biri hesab olunur.
Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, XXI əsrdə informasiya artıq iqtisadi, siyasi və hərbi resurslarla yanaşı, dövlətlərin qüdrətini müəyyən edən əsas amillərdən birinə çevrilib:
“İnformasiya müharibələrinin, saxta xəbərlərin, dezinformasiyanın və rəqəmsal manipulyasiyaların geniş vüsət aldığı müasir dövrdə peşəkar media təkcə xəbərləri operativ çatdırmaq funksiyasını yerinə yetirmir. O, milli təhlükəsizliyin qorunmasında, ictimai sabitliyin təmin edilməsində, dövlət maraqlarının müdafiəsində və vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayır. Bu baxımdan güclü dövlət anlayışı artıq yalnız iqtisadi inkişaf və hərbi qüdrətlə deyil, həm də sağlam informasiya mühiti, peşəkar jurnalistika və cəmiyyətin etibar etdiyi media sistemi ilə ölçülür. Azərbaycan milli mətbuatı da yarandığı gündən bu ali missiyanı şərəflə yerinə yetirib. Milli mətbuatımız xalqımızın maariflənməsinə, milli şüurun formalaşmasına, ana dilimizin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunmasına, azadlıq ideyalarının yayılmasına və dövlətçilik təfəkkürünün möhkəmlənməsinə misilsiz töhfələr verib. Azərbaycanın ictimai-siyasi fikir tarixinin ən mühüm mərhələləri milli mətbuatın fəaliyyəti ilə sıx bağlı olub”.
Deputat xatırladıb ki, 1875-ci il iyulun 22-də böyük maarifçi və mütəfəkkir Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzeti ilə Azərbaycan milli mətbuatının şanlı tarixi başlanıb:
“Cəmi 56 nömrəsi işıq üzü görməsinə və iki ilə yaxın fəaliyyət göstərməsinə baxmayaraq, “Əkinçi” xalqın maariflənməsinə, milli özünüdərk hissinin güclənməsinə, ana dilinin inkişafına və müasir ictimai fikir mühitinin formalaşmasına mühüm təkan verdi. Həsən bəy Zərdabi mətbuatı xalqın tərəqqisinin əsas vasitələrindən biri hesab edir, qəzet vasitəsilə cəmiyyətin elmə, təhsilə və yeniliyə açıq olmasını təşviq edirdi. “Əkinçi”nin yaratdığı maarifçilik ənənəsi sonrakı illərdə nəşr olunan “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “Həyat”, “Füyuzat”, “İrşad”, “Molla Nəsrəddin”, “Açıq söz” və digər mətbuat orqanları tərəfindən uğurla davam etdirildi. Bu nəşrlər təkcə informasiya mənbəyi kimi deyil, həm də milli ideologiyanın, azərbaycançılıq məfkurəsinin, istiqlal düşüncəsinin və ictimai-siyasi fikrin formalaşmasında mühüm rol oynayan ideya tribunalarına çevrildi”.
S.Salmanova bildirib ki, müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi böhran, iqtisadi tənəzzül və xaos media sahəsinə də mənfi təsir göstərmişdi:
“Dövlət idarəçiliyinin zəifləməsi, hüquqi mexanizmlərin tam formalaşmaması və ictimai-siyasi qeyri-sabitlik mətbuatın inkişaf imkanlarını məhdudlaşdırırdı. Lakin xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində ölkədə sabitlik bərpa olundu və bütün sahələrdə olduğu kimi, milli mətbuatın inkişafı üçün də möhkəm təməl yaradıldı. Ulu Öndər Heydər Əliyev mətbuatı demokratik cəmiyyətin əsas sütunlarından biri hesab edir, söz və fikir azadlığının təmin edilməsini dövlət quruculuğunun mühüm istiqamətlərindən biri kimi qiymətləndirirdi. Onun rəhbərliyi ilə ölkəmizdə medianın sərbəst fəaliyyəti üçün hüquqi baza formalaşdırıldı, jurnalistlərin peşə fəaliyyətinə dövlət təminatları yaradıldı və informasiya məkanının demokratik prinsiplər əsasında inkişafı istiqamətində mühüm addımlar atıldı. 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında söz, fikir və məlumat azadlığı fundamental hüquq kimi təsbit olundu. Ardınca qəbul edilən “Kütləvi informasiya vasitələri haqqında” qanun və digər normativ-hüquqi aktlar milli mətbuatın fəaliyyətini beynəlxalq standartlara uyğun hüquqi əsaslarla təmin etdi. Ulu Öndərin media siyasətinin ən mühüm nailiyyətlərindən biri isə 1998-ci il avqustun 6-da senzuranın ləğv edilməsi oldu. Bu tarixi qərar Azərbaycanı postsovet məkanında senzuranı aradan qaldıran ilk dövlətlərdən birinə çevirdi və ölkədə azad medianın inkişafı üçün tamamilə yeni mərhələnin əsasını qoydu”.
Parlamentari vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji media siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir:
“Dövlətimizin başçısının rəhbərliyi ilə informasiya cəmiyyətinin tələblərinə cavab verən genişmiqyaslı institusional və hüquqi islahatlar həyata keçirilib, media sisteminin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Cənab Prezident İlham Əliyevin 2021-ci ildə imzaladıöı Fərmanla Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaradılması bu sahədə həyata keçirilən islahatların mühüm mərhələsi oldu. Agentliyin fəaliyyəti medianın iqtisadi dayanıqlığının artırılmasına, jurnalistlərin peşəkarlığının yüksəldilməsinə, media savadlılığının inkişafına, innovativ layihələrin dəstəklənməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və rəqəmsal transformasiyanın sürətləndirilməsinə mühüm töhfə verir. Həmin il qəbul edilən “Media haqqında” qanun isə milli media sisteminin müasir hüquqi çərçivəsini formalaşdırdı. Yeni qanun media münasibətlərinin daha sivil əsaslarla tənzimlənməsinə, peşə etikası prinsiplərinin möhkəmləndirilməsinə, media subyektlərinin məsuliyyətinin artırılmasına, jurnalist peşəsinin nüfuzunun yüksəldilməsinə və informasiya mühitində şəffaflığın təmin olunmasına xidmət edir. Media Reyestrinin yaradılması, jurnalistlərin peşə fəaliyyətinin hüquqi əsaslarının dəqiqləşdirilməsi və media institutlarının müasir tələblərə uyğun fəaliyyətinin təşviqi bu islahatların mühüm nəticələrindəndir”.
Deputat onu da söyləyib ki, bu gün dövlət tərəfindən jurnalistlərin peşə hazırlığının artırılması, yeni media texnologiyalarının mənimsənilməsi, süni intellekt və rəqəmsal media sahəsində bacarıqların inkişaf etdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və informasiya təhlükəsizliyi istiqamətində davamlı layihələr həyata keçirilir:
“Peşəkar jurnalistikanın inkişafı, etik prinsiplərin qorunması və obyektiv informasiya mühitinin formalaşdırılması dövlət-media əməkdaşlığının əsas prioritetləri sırasındadır. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediası informasiya cəbhəsində böyük peşəkarlıq nümayiş etdirdi. Jurnalistlər dövlətimizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın dezinformasiya kampaniyasının ifşa edilməsi və milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində mühüm fəaliyyət göstərdilər. Bu gün isə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin, Böyük Qayıdış proqramının, Azərbaycanın beynəlxalq təşəbbüslərinin, regional əməkdaşlıq layihələrinin və ölkəmizin artan beynəlxalq nüfuzunun dünyaya çatdırılmasında milli medianın üzərinə mühüm məsuliyyət düşür. Müasir dövrdə medianın əsas missiyası yalnız xəbər yaymaq deyil. Media cəmiyyətə düzgün istiqamət göstərən, milli maraqları qoruyan, dövlətçilik ideyalarını təbliğ edən, ictimai həmrəyliyi möhkəmləndirən və gələcək nəsillərin milli ruhda yetişməsinə töhfə verən mühüm ictimai institutdur. Bu baxımdan peşəkar jurnalistika hər zaman obyektivlik, qərəzsizlik, məsuliyyət və vətənpərvərlik prinsiplərinə söykənməlidir. Azərbaycan milli mətbuatı bu gün zəngin ənənələrə, peşəkar kadrlara və güclü inkişaf potensialına malikdir. Əminəm ki, Həsən bəy Zərdabinin əsasını qoyduğu maarifçilik yolu, Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı media siyasəti və möhtərəm Prezident İlham Əliyevin uğurla davam etdirdiyi islahatlar nəticəsində milli mətbuatımız bundan sonra da Azərbaycanın dövlətçilik maraqlarına, cəmiyyətimizin tərəqqisinə və milli həmrəyliyimizin möhkəmlənməsinə xidmət edəcək, ölkəmizin haqq səsini beynəlxalq informasiya məkanında daha güclü şəkildə çatdıracaq. 22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini və informasiya sahəsində çalışan hər kəsi ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, yaradıcılıq uğurları, yüksək peşəkarlıq və Vətənimiz naminə şərəfli fəaliyyətlərində yeni nailiyyətlər arzulayıram. Azərbaycanın milli mətbuatı bundan sonra da dövlətimizin milli maraqlarının qorunmasına, cəmiyyətimizin inkişafına və həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasına layiqincə xidmət edəcək”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-07-2026