Azərbaycan jurnalistikası dövlətçiliyin əsgəridir
Tarix: 20-07-2026 | Saat: 17:55
Bölmə:Siyasət | çapa göndər

XIX əsrin ortlalarında Azərbaycanda maarifçilik yarana-yarana formalaşmağa başlamışdı. O illərdə cəfakeşlər xalqı maarifləndirməyin ən etibarlı yolunun təhsil və mətbuat olduğunu bilirdi. Bu səbəbdən məktəblər açılırdı, dünyəvi elmlər öyrədilirdi. . Bəs mətbuat? Həsən bəy Zərdabi deyirdi: "...Bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələl-xüsus da doğru söz...". Bu fikirlər 151 il əvvəl deyilib, xalq üçün deyilib, xalqın sabahları üçün deyilib. Həsən bəy Zərdabinin xalq sevgisinin işığı kimi “Əkinçi” qəzeti bu kəlamın işığında yarandı.
H.Zərdabi istəyirdi ki, xalq savadsızlıqdan xilas olsun, haqsızlıqlar olmasın, xalq xurafatdan xilas olsun, ana dilimiz saflaşsın. Buna ancaq qəzet vasitəsilə nail olmağın mümkünlüyünü düşünən böyük mütəfəkkir yazırdı: "Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki... Qəzeti çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzilinə çata bilsin... Heç olmasa ki, doğru söz yerdə qalmasın".
"Əkinçi" qəzeti 1975-ci il iylun 22-də nəşrə başladı. Sonralar, Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra bu tarix Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. Azərbaycan demokratik mətbuatının başlanğıcı olan “Əkinçi" qəzeti Azərbaycanda ictimai fikrin inkişafına, həm də milli-xəlqi əsaslarla inkişafına zəmin yaratdı, mövcud ictimai fikirlər bu əsas müstəvisində inkişaf etdi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlamışdı və bu səbəbdən də qəzetin nəşrini dayandırmışdı.
“Əkinçi” mətbuat tariximizin, mətbu söz ictimai fikir tariximizin ilkini, başlanğıcı kimi tarixləşdi. “Əkinçi”dən sonra "İrşad", "Həyat", "Azərbaycan" qəzetləri, "Molla Nəsrəddin" jurnalı nəşr olundu. 1896-cı ildən Həsən bəyin fəal iştirakı, Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan rusdilli “Kaspi” qəzeti də mövzu və məfkurə baxımından Həsən bəy Zərdabinin amalının daşıyıcısına çevrilmişdi.
O zaman Bakıya gəlmiş bir fransız jurnalistinin H.Zərdabiyə dediklərini nə vaxtsa oxumuşdum,o kəlmələr indi də yaddaşımdadı: "Doğrusu, siz əsl qəhrəmansınız. Bizim Fransada belə bir yoxsul qəzet üçün işləmək istəyən adam tapmaq olmazdı. Sizin qüvvənizə heyranam. Belə məlum olur ki, siz öz xalqınızı çox istəyirsiniz".
Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.”
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafını təmin etdi. Həsən bəy Zədabinin arzuladığı açıq söz üçün gözəl siyasi şərait yaradıldı.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir.
2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin I qurultayı oldu. Qurultayda Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqan kimi yaradılan Mətbuat Şurası aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.
Belə bir gərəkli qurum üçün jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqələrin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaratmaq kimi fəaliyyət mexanizmi müəyyənləşdirildi. Bu kimi amillər həm jurnalistikanın demokratik tələblər əsasında inkişafında, həm də azərbaycançılığın daha etibarlı mənəvi keyfiyyətlər əsasında yaşadılmasında olduqca gərəklidir...
Azərbaycan mətbuatının inkşafında “Əkinçi”qəzetinin rolu danılmazdır. Mətbuatımızın başlanğıcı haqqında hər deyilən tarixi gerçəklikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlandı və qəbul olundu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuatın daha dolğun.. daha demokratik əsaslarla inkişafını əhatələyən məsləhət və göstərişləri inkişaf konsepsiyası kimi tarixləşir: “Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır".
Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə milli mətbuatımızın 125, 130, 135, 140, 145 və 150 illik yubileyləri ölkə miqyasında geniş qeyd olundu. Bu yubileylər milli jurnalistikamızın tarixinə ədalətli qiymət verilməsini və jurnalistikada varisliyin yaşarılığının təsdiqi oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il 3 fevral tarixində “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis olundu.
“Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir: “XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməyə başlamış, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdı. Məhz buna görə də 150 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir.”
Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir;
2021-ci il dekabrın 30-da media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edən Qanun qəbul edildi.
Media və Yayım Şurasının yaradılması da Azərbaycan mətbuatının inkişafında mühüm rol oynadı.
Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti kimi Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görüldü...
Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmasını, xalqımızın tarixi-milli xüsusiyyətlərinin qorunmasını, bunların əsasında inkişaf etməsini vacib sayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir: “Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur”.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu 2021-ci il fevralın 1-də Milli Məclis tərəfindən təsdiq edildi.
Şuşada 2023-cü il 21-23 iyul tarixlərində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” I, 2024-cü il 20-22 iyul tarixlərində “Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda II, 2025-ci il 19-21 iyul tarixlərində “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Qlobal Media Forumu keçirildi. 2026-cı il 13-14 iyul tarixlərində “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilmiş IV Şuşa Qlobal Media Forumu çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi aktual mövzular ətrafında panel müzakirələri, təkbətək görüşlər və interaktiv sessiyalar təşkil edildi. Bunlar Azərbaycan mətbuatının dövlət üçün prioritet olmasının təsdiqidir.
Azərbaycan mətbuatı Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsində vəzifə borclarını uğurla yerinə yetirir. İstər mahiyyəti Vətən müharibəsi olan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində, istərsə də 2023-cü il sentyabrın 19-da başlayan, 20-də başa çatan antiterror əməliyyatında Azərbaycan əsgərinin ən sədaqətli söz səngərdaşı oldu, Azərbaycan Ordusunun mənəvi-psixoloji hazırlığının daha da dönməzləşməsində əsl hərbçi xarakteri göstərdi. Azərbaycan jurnalistikası bu gün işğaldan azad edilmiş ərazilərdə uğurla davam edən quruculuq işlərində də eyni mənəvi vəzifələrin icraçısıdır.
Bütün media qurumlarının əməkdaşlarını Milli Mətbuat və Jurnalistika Günü münasibətilə təbrik edirəm.
Səbinə XASAYEVA.
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-07-2026