Mobil versiya
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
Tarix: 20-07-2026 | Saat: 09:15
Bölmə:Dünya | çapa göndər

Əraqçi:

İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb.

aia.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Müharibə Hekayəsi 2" verilişinin iyirminci bölümündə Cavad Moqoi ilə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Tehran yeni müharibə riskinin qalmasına baxmayaraq, dialoq imkanından istifadə etməlidir.

"Danışıqların uğur qazanmaq ehtimalı cəmi 10 faiz olsa belə, bu fürsətdən yararlanmalıyıq", - deyə nazir vurğulayıb.

Əraqçi əlavə edib ki, atəşkəsin qorunub saxlanılması və ya hərbi əməliyyatların bərpası ilə bağlı yekun qərarı Ali Rəhbər Müctəba Xamenei Ali Milli Təhlükəsizlik Şurası ilə məsləhətləşmələrdən sonra qəbul edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-07-2026