ABŞ son anda İsrailə "YOX" dedi
Tarix: 19-07-2026 | Saat: 20:43
Bölmə:Dünya | çapa göndər

İsrail ABŞ-yə İrana qarşı hərbi əməliyyatlara qoşulmağı təklif etsə də, bu təklif ABŞ administrasiyası tərəfindən rədd edilib.
aia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Hədət” telekanalı adı açıqlanmayan yüksəksəviyyəli bir İsrail rəsmisinə istinadən məlumat yayıb.
Telekanalın həmsöhbəti qeyd edib ki, İsrail təkcə İranın deyil, həm də onun bölgədəki proksi qüvvələrinin zərbələrini dəf etməyə tam hazırdır.
Onun sözlərinə görə, əgər İsrail hücuma məruz qalarsa, böyük ehtimalla irimiqyaslı müharibəyə daxil olacaq. Lakin rəsmi Vaşinqton bu ssenarini də arzuolunmaz hesab edir və gərginliyin bu həddə çatmasını istəmir.
Mənbə həmçinin hazırda İran rəhbərliyində ciddi bir parçalanmanın yaşandığını da diqqətə çatdırıb. Bildirilib ki, İran xüsusi xidmət orqanları ali lider ayətullah Əli Xameneinin öldürülməsinə cavab olaraq İsrail rəhbərlərinə qarşı sui-qəsdlər planlaşdırıblar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-07-2026