Mobil versiya
Cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb
Tarix: 20-07-2026 | Saat: 10:35
Bölmə:Ölkə | çapa göndər

Cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) iyulun 18-19-da ölkə ərazisində qeydə alınan cinayət hadisələri ilə bağlı məlumat yayıb.

aia.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin məlumatına görə, hesabat dövründə polis əməkdaşları tərəfindən ümumilikdə 95, əvvəlki dövrlərdən bağlı qalan isə 7 cinayətin açılması təmin edilib.

Bildirilib ki, axtarışda olan 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 32-si borclu şəxs qismində axtarışda olub.

Həmçinin polis əməkdaşları tərəfindən narkotiklərlə əlaqəli 42 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 14 hal müəyyən edilib.

Məlumata əsasən, cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-07-2026