Bu ayaqqabı ilə dağa çıxan turistləri 2500 avroyadək cərimə gözləyir
Tarix: 14-07-2026 | Saat: 22:13
Bölmə:Özəl | çapa göndər

İtaliyanın məşhur Cinque Terre Milli Parkında dağ marşrutlarına uyğun olmayan ayaqqabı ilə çıxan turistlər yüksək məbləğdə cərimələnə bilərlər.
Park rəhbərliyinin 2019-cu ildən tətbiq etdiyi qaydalara əsasən, şlapan, sandal və digər təhlükəsiz hesab olunmayan ayaqqabılarla dağ cığırlarına çıxmaq qadağandır. Bu tələbin məqsədi turistlərin təhlükəsizliyini təmin etmək və xilasetmə xidmətlərinin üzərinə düşən yükü azaltmaqdır.
Qaydaları pozan şəxslər 2500 avroyadək cərimə ilə üzləşə bilərlər. Ziyarətçilərə marşruta uyğun idman və ya trekking ayaqqabısı geyinmək, kifayət qədər su götürmək, günəşdən qoruyucu vasitələrdən istifadə etmək və fiziki hazırlıqlarına uyğun cığır seçmək tövsiyə olunur.
Bundan əlavə, turist sıxlığını azaltmaq məqsədilə bəzi populyar marşrutlarda birtərəfli hərəkət sistemi də tətbiq edilir.
Qeyd edək ki, Avropanın digər ölkələrində də oxşar təhlükəsizlik qaydaları mövcuddur. Məsələn, bəzi ölkələrdə velosiped sürərkən qulaqcıqdan istifadə ilə bağlı məhdudiyyətlər tətbiq edilir və qaydaları pozan şəxslər cərimələnirlər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-07-2026