Mobil versiya
14 iyul faciəsinin qurbanları anılıb
Tarix: 14-07-2026 | Saat: 16:58
Bölmə:Ölkə | çapa göndər

14 iyul faciəsinin qurbanları anılıb

Kəlbəcərdə 1989-cu il iyulun 14-də baş vermiş faciənin növbəti ildönümü münasibətilə anım mərasimi keçirilib.

aia.az xəbərinə görə, mərasimdə helikopterin qəzaya uğraması nəticəsində həlak olanların ailə üzvləri, yaxınları, Kəlbəcər şəhər 1 nömrəli tam orta məktəbin müəllimləri iştirak ediblər. Həlak olanların məzarları ziyarət edilib, xatirələri yad olunub.

Qeyd edək ki, 1989-cu il iyulun 14-də Kəlbəcər şəhər stadionuna enən hərbi helikopter havaya qalxarkən qəzaya uğrayıb. Nəticədə helikopterin rotor pərlərinin stadionun yaxınlığında olan uşaqlara dəyməsi nəticəsində səkkiz azyaşlı həyatını itirib. Bu hadisə Kəlbəcər rayonunun tarixində ən ağır faciələrdən biri kimi xatırlanır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-07-2026