Latviya Konstitusiya Məhkəməsinin sədri Azərbaycana gəlib
Tarix: 10-07-2026 | Saat: 15:46
Bölmə:Gündəm | çapa göndər

İyulun 10-da Latviya Respublikası Konstitusiya Məhkəməsinin sədri İrena Kutsinanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.
Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən aia.az-a verilən xəbərə görə, qonaqlar, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib, Şəhidlər xiyabanında olub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini anıb, "Əbədi məşəl" abidəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Konstitusiya Məhkəməsində Latviya Konstitusiya Məhkəməsinin nümayəndə heyəti ilə görüş keçirilib.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan ilə Latviya arasında mövcud olan dostluq münasibətlərinin, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın son illər ərzində dinamik inkişaf etdiyini məmnunluqla qeyd edib.
Bildirilib ki, dövlətlərimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə formalaşmış səmərəli tərəfdaşlıq münasibətləri məhkəmə-hüquq sahəsində də uğurla davam etdirilir. Bu baxımdan, Konstitusiya Məhkəmələri arasında əməkdaşlığın inkişaf etdirilməsi, Konstitusiyanın aliliyinin təmin edilməsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Latviya Konstitusiya Məhkəməsinin sədri İrena Kutsina rəhbərlik etdiyi qurumun fəaliyyəti, konstitusiya nəzarətinin həyata keçirilməsi sahəsində formalaşmış təcrübə, habelə, vətəndaşların konstitusion hüquqlarının müdafiəsi istiqamətində qəbul olunan qərarlar barədə ətraflı məlumat verib. Qeyd edib ki, konstitusiya ədalət mühakiməsi orqanlarının qarşısında duran ortaq məsələlər ətrafında geniş müzakirə və fikir mübadiləsinin aparılması olduqca faydalıdır.
Daha sonra hər iki ölkənin Konstitusiya Məhkəmələrinin hakimləri və Aparatlarının məsul əməkdaşlarının iştirakı ilə formalaşmış məhkəmə təcrübəsi, konstitusiya nəzarətinin aktual məsələləri, Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların müdafiəsinin müasir mexanizmləri, rəqəmsal transformasiya şəraitində məhkəmə fəaliyyətinin təşkili, süni intellekt texnologiyalarının tətbiqi, məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər hüquqi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüş iştirakçıları ikitərəfli əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin mütərəqqi hüquqi yanaşmalar əsasında konstitusiya nəzarətinin səmərəliliyinin artırılmasına mühüm töhfə verəcəyini bildiriblər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər