Mobil versiya
Dövlət sifarişi ilə ərzaq məhsullarının satınalma göstəriciləri açıqlandı
Tarix: 10-07-2026 | Saat: 11:39
Bölmə:Ölkə | çapa göndər

Dövlət sifarişi ilə ərzaq məhsullarının satınalma göstəriciləri açıqlandı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən idarə olunan "Tedaruk.az" elektron portalı vasitəsilə bu ilin yanvar-iyun aylarında dövlət sifarişi əsasında ümumi dəyəri 66 milyon 932 min 307,86 manat olan ərzaq məhsulları satın alınıb.

Kənd Təsərrüfatı Nazirliyindən aia.az-a bildirilib ki, bu müddət ərzində 112 satınalan təşkilat elektron platforma vasitəsilə 83 istehsalçı və satıcıdan 228 növdə ərzaq məhsulunun tədarükünü 8845 sifariş üzərindən həyata keçirib. Sifarişlər ölkənin 73 regionunu əhatə edib.

Qeyd edək ki, tedaruk.az elektron portalı dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınması prosesinin vahid platforma üzərindən həyata keçirilməsini təmin etməklə satınalma prosesinin operativliyinin, şəffaflığının və səmərəliliyinin artırılmasına xidmət edir. Eyni zamanda, portal yerli istehsalçı və satıcıların dövlət satınalmalarında iştirak imkanlarını genişləndirərək onların bazara çıxışına əlavə dəstək verir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-07-2026