Mobil versiya
ABŞ-ın İrana əməliyyatının pərdəarxası: "Şillə" adı ilə müzakirə olunduğu iddia edilir
Tarix: 10-07-2026 | Saat: 20:45
Bölmə:Özəl | çapa göndər

ABŞ-ın İrana əməliyyatının pərdəarxası: "Şillə" adı ilə müzakirə olunduğu iddia edilir




ABŞ administrasiyasındakı bəzi yüksəkvəzifəli rəsmilərin İrana qarşı son hərbi əməliyyatları qeyri-rəsmi söhbətlərdə "Şillə" adlandırdığı iddia olunub.

Məlumata görə, əməliyyatın rəsmi kod adı isə "Epic Fury" ("Dəhşətli Qəzəb") olub. Bildirilir ki, qeyri-rəsmi ifadə Vaşinqtonun qısa müddətdə təsirli cavab zərbələri endirməyə yönəlmiş hərbi yanaşmasını simvolik şəkildə ifadə etmək üçün istifadə edilib.

İddialara əsasən, ABŞ rəhbərliyi regionda gərginliyin daha da artmasının qarşısını almağa və münaqişənin genişlənməsini istəmədiyini nümayiş etdirməyə çalışır. Bununla yanaşı, Vaşinqton İranın Fars körfəzində ABŞ hərbi gəmiləri və ticarət tankerlərinə qarşı mümkün hücumlarına cavabsız qalmayacağını vurğulayır.

Məlumatda qeyd olunur ki, ABŞ administrasiyası diplomatik səyləri davam etdirsə də, regiondakı təhlükəsizlik vəziyyətindən asılı olaraq hərbi cavab variantlarını da gündəmdə saxlayır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-07-2026