Mobil versiya
Yaşınız artdıqca gözəlləşin
Tarix: 10-07-2026 | Saat: 17:46
Bölmə:Aia TV | çapa göndər

Yaşınız artdıqca gözəlləşin

Zamanın qarşısını almaq mümkün deyil. Ancaq yaş aldıqca baxımlı, sağlam və özünüz olaraq qalmaq tamamilə sizin seçimdir. Mütəxəssislər bildirirlər ki, məqsəd illərin izlərini tamamilə silmək deyil, yaşın ən gözəl halını yaşamaqdır.

aia.az xəbər verir ki, gözəllik sahəsi üzrə mütəxəssislərin sözlərinə görə, insanların ən çox dilə gətirdiyi fikirlərdən biri "Əvvəlki kimi görünmək istəyirəm" cümləsidir. Halbuki bu arzu əksər hallarda yalnız xarici görünüşlə bağlı olmur. İnsanlar daha enerjili olduqları, özlərinə daha çox vaxt ayıra bildikləri dövrlər üçün darıxırlar.

Mütəxəssislər hesab edir ki, əsas sual "Əvvəlki kimi görünmək istəyirik, yoxsa yaşımızın ən yaxşı halını yaşamaq?" olmalıdır. Çünki 20 yaşındakı dəri ilə 40 və ya 50 yaşındakı dərinin eyni görünməsi mümkün deyil. Bununla belə, düzgün qulluq edilən, günəşdən qorunan və keyfiyyətli məhsullardan istifadə olunan dəri hər yaşda sağlam və parlaq görünə bilər.

Qeyd olunur ki, gözəllik yalnız gənc görünmək demək deyil. İllər ərzində formalaşan mimikalar, təbəssüm və baxışlar insanın xarakterinin ayrılmaz hissəsidir. Buna görə də estetik görünüş naminə üzün təbii ifadəsini itirmək düzgün hesab edilmir.

Mütəxəssislər yaş almaqla özünə laqeyd yanaşmağın fərqli anlayışlar olduğunu vurğulayırlar. Onların sözlərinə görə, dəriyə göstərilən diqqət illərin üzdə necə iz buraxacağını böyük ölçüdə müəyyənləşdirir.

Dərinin sağlam qalması üçün müntəzəm qulluq, ev şəraitində düzgün rutin, günəşdən qoruyucu vasitələrdən istifadə, keyfiyyətli yuxu, kifayət qədər su qəbulu, stressin idarə olunması və ehtiyac yarandıqda peşəkar dəstək almaq tövsiyə edilir.

Mütəxəssislər bildirirlər ki, gözəllikdə möcüzə yaradan tək bir prosedur deyil, davamlılıqdır. Uzun illər ərzində formalaşdırılan düzgün vərdişlər dərinin daha sağlam və gənc görünməsinə kömək edir.

Onların fikrincə, insan güzgüyə baxarkən yalnız qüsurlarını deyil, özünə göstərdiyi qayğını da görməlidir. Vaxtı dayandırmaq mümkün olmasa da, onun izlərini düzgün qulluq sayəsində daha zərif şəkildə daşımaq mümkündür.

Bunun üçün axşam yatmazdan əvvəl üzünüzü mütləq təmizləyici vasitələrlə silin və ya yuyun. Nəmləndirici, gözaltı krem çəkin.

Səhər yuxudan duranda üzü yuyub qurulayıb, nəmləndirmək lazımdır. Gün ərzində küçəyə çıxacaqsınızsa ən az 50 faizlik SPF istifadə edin. yayda çalışın ağır makiyaj etməyəsiniz. Ənlik, tuş, dodaq parıldadıcı yetərli ola bilər.

Əgər evdə vaxtınız olarsa gözünüzə xiyar dilimi, üzünüzə tərəvəzlərdən hazırlanan maskalar edin. //axsam.az

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-07-2026