"Pul xərcləməyən kişini yumurtlamayan toyuq kimi görürəm" - Aparıcı Vüsalə Əlizadə
Tarix: 08-07-2026 | Saat: 20:40
Bölmə:Şou-biznes | çapa göndər

Aparıcı Vüsalə Əlizadə xəsis insanlardan xoşu gəlmədiyini etiraf edib.
O, bu barədə aparıcısı olduğu "İncə səhər" verilişində danışıb. Vüsalə həm qadın, həm də kişi olmasından asılı olmayaraq xəsis insanları sevmədiyini bildirib:
"Xəsis insanlar gözümün düşmənidir. Nəsib Zeynalova filmdə dediyi kimi: Pul xərcləməyən kişini yumurtlamayan toyuq kimi görürəm. Qadın, kişi fərq etmir. Xəsis, kiminsə hesabına günü ötüşdürən insanlar düşmənimdir. Qadın olaraq bunu özümə sığışdırmamışam. Harada oturmuşuqsa, xanımlarla olanda hesabı birinci mən ödəmişəm. Özümə sığışdırmamışam ki, kimsə mənim əvəzimə hesab versin. Mənim də pulum sel deyil. Qazanıram, çalışıram. Bir yaş dönəmi olur ki, istəyirsən ancaq xərcləyəsən. Sonra isə deyirsən ki, yaşımın bu çağında artıq olmaz"./Bakıvaxtı.az/
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-07-2026
17:42 Balidə bloqerlərə qadağa