"Real"dan göndərilən Arbeloanın yeni işi
Tarix: 08-07-2026 | Saat: 12:09
Bölmə:İdman | çapa göndər

İngiltərənin "Fulhem" klubu komandanın yeni baş məşqçisinin Alvaro Arbeloa olduğunu rəsmən açıqlayıb.
aia.az xəbər verir ki, London təmsilçisinin yaydığı məlumata görə, 43 yaşlı ispaniyalı mütəxəssislə 2029-cu ilin yayına qədər qüvvədə olacaq üç illik müqavilə imzalanıb.
Klubun açıqlamasında bildirilib ki, uğurlu futbolçu karyerasından sonra məşqçiliyə başlayan Alvaro Arbeloa ilk addımlarını "Real Madrid"in gənclər komandalarında atıb. Ötən mövsüm isə o, Madrid təmsilçisinin əsas komandasına rəhbərlik edib.
Yeni təyinatını şərh edən Alvaro Arbeloa "Fulhem" kimi tarixi klubun baş məşqçisi olmağın onun üçün böyük qürur olduğunu bildirib.
"Fulhem"də yeni mərhələyə başlamaq mənim üçün böyük şərəfdir. "Kreyven Kottec"də azarkeşlərlə birlikdə möhtəşəm atmosferi yaşamağı və futbolçularla mövsümöncəsi hazırlığa başlamağı səbirsizliklə gözləyirəm. İnanıram ki, bizi birlikdə uğurlu bir yol gözləyir. İrəli, "Fulhem"!", - deyə Alvaro Arbeloa bildirib.
Qeyd edək ki, "Fulhem" 2025/2026 mövsümündə İngiltərə Premyer Liqasını 11-ci pillədə başa vurub. Komanda mövsümü 38 oyundan topladığı 54 xalla tamamlayıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-07-2026