Mobil versiya
Kriştiano Ronaldodan emosional etiraf: Son dünya çempionatım olacaq
Tarix: 06-07-2026 | Saat: 21:00
Bölmə:Özəl | çapa göndər

Kriştiano Ronaldodan emosional etiraf: Son dünya çempionatım olacaq




Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo dünya çempionatındakı gələcəyi ilə bağlı diqqətçəkən açıqlama verib.

Təcrübəli hücumçu bildirib ki, iştirak edəcəyi bu mundial onun futbolçu karyerasında son dünya çempionatı olacaq.

Ronaldo qeyd edib ki, artıq hər oyunun və hər anın dəyərini daha yaxşı anlayır:

"Bəli, bu, mənim üçün son dünya çempionatı olacaq. İndi əsas məqsəd hər anın dadını çıxarmaqdır. Bizi sevən, bizə dəstək olan insanlara unudulmaz anlar yaşatmaq istəyirik. Bu turnir mənim üçün ömürboyu xatırlanacaq xüsusi xatirələr bəxş edir."

Qeyd edək ki, Portuqaliya millisi dünya çempionatının 1/8 final mərhələsində iyulun 6-da İspaniya ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-07-2026