Mobil versiya
Fransada mer faciəli şəkildə həyatını itirdi: Mübahisədən sonra qəfil öldü
Tarix: 06-07-2026 | Saat: 20:34
Bölmə:Özəl | çapa göndər

Fransada mer faciəli şəkildə həyatını itirdi: Mübahisədən sonra qəfil öldü




Fransanın şimal-qərbində yerləşən Lokmariya kommunasının meri Dominik Russelot gəzinti qayığının sahibi ilə yaşadığı mübahisədən sonra vəfat edib.

İlkin məlumata görə, hadisə Port du Pale limanı ərazisində baş verib. Mübahisədən bir müddət sonra hüquq-mühafizə orqanlarının əməkdaşları meri körpüdə huşsuz vəziyyətdə aşkar ediblər. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalar zamanı merin bədənində zorakılıq və ya döyülmə izlərinin aşkar edilmədiyi bildirilir. Hadisənin dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertiza təyin olunub.

Məlumata əsasən, hadisə ilə əlaqədar mübahisənin digər iştirakçısı saxlanılıb. Hazırda hüquq-mühafizə orqanları baş verən hadisənin bütün detallarını araşdırır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-07-2026