Mobil versiya
Milli Məclisin deputatı Azər Badamov sakinlərlə növbəti səyyar görüş keçirib -Fotolar
Tarix: 05-07-2026 | Saat: 17:42
Bölmə:Özəl | çapa göndər

Milli Məclisin deputatı  Azər Badamov sakinlərlə növbəti səyyar görüş keçirib

Milli Məclisin deputatı Azər Badamov Qusar rayon Girik kəndində sakinlərlə səyyar görüş keçirib.

aia.az xəbər verir ki, bu barədə məlumat deputatın sosial şəbəkə hesabında paylaşılıb.

Azər Badamov bildirib ki, " 05.07.2026. Bu gün Girik kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirdik. Qəbul zamanı kənd sakinləri tərəfindən əsasən elektrik təsərrüfatının qəzalı vəziyyətdə olması, Samur-Həzrə asfalt yolunun xətlənməsi, mülkiyyətlərində olan torpaq sahələrində əkdikləri ağacların kəsilməsi ilə bağlı narahatlıqlar, eləcə də digər sosial və məişət xarakterli məsələlər qaldırıldı.
Qəbul zamanı vətəndaşların bütün müraciətləri diqqətlə dinlənildi, hər bir məsələ ayrı-ayrılıqda araşdırıldı və həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verildi. Qaldırılan müraciətlər nəzarətə götürülərək aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alındı.

Vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, onların problemlərinin yerində öyrənilməsi və operativ həllinə nail olunması dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səyyar qəbulların keçirilməsində əsas məqsəd də məhz sakinləri narahat edən məsələləri birbaşa yerində dinləmək, onların müraciətlərinə çevik baxılmasını təmin etmək və mövcud problemlərin həlli istiqamətində zəruri tədbirlərin görülməsidir."



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-07-2026