Mobil versiya
Tramp Xameneinin dəfni ilə bağlı: “Hamısı oradadır, amma vurmayacağıq”
Tarix: 05-07-2026 | Saat: 13:16
Bölmə:Dünya | çapa göndər

Tramp Xameneinin dəfni ilə bağlı: “Hamısı oradadır, amma vurmayacağıq”


ABŞ Prezidenti Donald Tramp Xameneinin dəfn mərasimi ilə bağlı diqqətçəkən açıqlama verib.

aia.az xəbər verir ki, Axios-un yaydığı məlumata görə, Tramp bildirib ki, İranla aparılan danışıqlara Xameneinin dəfn mərasimləri başa çatanadək bir həftəlik fasilə verilməsi barədə razılıq əldə olunub. Onun sözlərinə görə, bu müddətdə tərəflər bir-birinə zərbə endirməyəcək.

Tramp əlavə edib ki, ABŞ istəsəydi, həmin vaxt İranın ali rəhbərliyini bir zərbə ilə məhv edə bilərdi, lakin bunu etməyəcək.

“Onların hamısı oradadır. Bir atəş kifayət edərdi. Amma biz bunu etməyəcəyik. Çünki o zaman danışıqlar aparacaq heç kim qalmayacaq”, – deyə ABŞ Prezidenti bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə