İsrailin qərarı Paşinyanı çətin seçim qarşısında qoydu
Tarix: 30-06-2026 | Saat: 20:43
Bölmə:Özəl | çapa göndər

İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar Ermənistanın siyasi gündəmində və regionda geniş müzakirələrə səbəb olub.
Rusiyanın "Moskovski komsomolets" nəşri yazır ki, bu addım ilk baxışdan Ermənistan üçün diplomatik uğur kimi qiymətləndirilsə də, Baş nazir Nikol Paşinyanın son illərdə həyata keçirdiyi Türkiyə ilə normallaşma siyasəti fonunda fərqli siyasi nəticələr doğura bilər.
Nəşrin iddiasına görə, İsrail Nazirlər Kabineti xarici işlər naziri Gideon Saarın təqdim etdiyi sənədi yekdilliklə qəbul edib. Məqalədə bildirilir ki, Təl-Əviv uzun illər Ankara ilə münasibətləri nəzərə alaraq bu məsələdə ehtiyatlı mövqe sərgiləsə də, son dövrdə iki ölkə arasında münasibətlərin gərginləşməsi fonunda yanaşmasını dəyişib.
Rusiya qəzeti qeyd edir ki, Nikol Paşinyan son illərdə bu mövzunun Ermənistanın xarici siyasətində prioritet istiqamətlərdən biri olmadığını dəfələrlə vurğulayıb və Türkiyə ilə münasibətlərin normallaşması prosesinin bu məsələ ilə çətinləşdirilməməsinə çalışıb.
Məqalə müəllifinin fikrincə, İsrailin son qərarı Paşinyanın diplomatik xətti üçün yeni siyasi müzakirələr yaradıb və rəsmi İrəvanın qarşısında əlavə suallar formalaşdırıb. Bununla belə, bu qiymətləndirmələr "Moskovski komsomolets" nəşrinin şərhi olub, rəsmi Ermənistan hakimiyyəti tərəfindən bu barədə hələlik hər hansı açıqlama verilməyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-06-2026