Mobil versiya
Kiyev SCALP raketlərini ölkə daxilində istehsal etməyə hazırlaşır
Tarix: 30-06-2026 | Saat: 19:39
Bölmə:Özəl | çapa göndər

Kiyev SCALP raketlərini ölkə daxilində istehsal etməyə hazırlaşır




Ukrayna Fransanın uzaqmənzilli SCALP qanadlı raketlərinin yerli istehsalına başlamaq üçün danışıqları davam etdirir.

Bu barədə Ukraynanın müdafiə naziri Mixail Fyodorov açıqlama verib. Onun sözlərinə görə, Prezident Volodimir Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron arasında aparılan danışıqlardan sonra layihə Fransa hökuməti və raket istehsalçısı ilə ətraflı müzakirə olunur.

Nazir bildirib ki, hazırda əsas məqsəd SCALP raketlərinin istehsalı üçün lisenziyanın əldə edilməsidir. Bu istiqamətdə tərəflər arasında danışıqların davam etdiyini vurğulayan Fyodorov, prosesin müsbət məcrada irəlilədiyini qeyd edib.

O əlavə edib ki, Ukrayna eyni zamanda ABŞ-la da müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirməyə çalışır. Vaşinqtonla Amerika istehsalı olan silahların lisenziyalı istehsalı barədə danışıqların davam etdiyini bildirən nazir, müəyyən irəliləyiş əldə olunsa da, yekun razılaşmalar barədə danışmaq üçün hələ tez olduğunu deyib.

Rəsmi Kiyev hesab edir ki, beynəlxalq tərəfdaşlarla istehsal sahəsində əməkdaşlığın genişləndirilməsi Ukraynanın müdafiə sənayesinin imkanlarını artırmaq və silah təminatında daha dayanıqlı model formalaşdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-06-2026