Mobil versiya
Veysəloğlu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO
Tarix: 12-06-2026 | Saat: 09:33
Bölmə:Ölkə | çapa göndər

Veysəloğlu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub -

5–7 iyun 2026-cı il tarixində Veysəloğlu Şirkətlər Qrupunun nümayəndə heyəti Latviyanın Riqa şəhərində keçirilən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 35-ci İllik Toplantısı və Biznes Forumunda iştirak edib.

aia.az xəbər verir ki, tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş direktoru Aydın Veysəloğlu, Qrupun Baş Maliyyə və İnzibati İdarəetmə üzrə müavini Könül Kərimova və Qrupun Maliyyə Nəzarəti və Xəzinədarlıq direktoru Fərahim Hacıyev iştirak ediblər.

“Qeyri-sabitlikdən çevikliyə – dəyişən dünyada innovativ iqtisadiyyatlar” mövzusuna həsr olunmuş tədbir qlobal maliyyə institutlarını, investorları və özəl sektor nümayəndələrini bir araya gətirərək iqtisadi dayanıqlılıq, investisiya mühitinin inkişafı və özəl sektorun rolunun gücləndirilməsi istiqamətlərində fikir mübadiləsi üçün mühüm platforma rolunu oynayıb.

Tədbir çərçivəsində Qrup nümayəndələri AYİB-in birinci vitse-prezidenti və Müştəri Xidmətləri Qrupunun rəhbəri Greg Guyett, Korporativ Sektor üzrə idarəedici direktoru Jean-Marc Peterschmitt, AYİB-in Azərbaycan üzrə rəhbəri Nataly Mouravidze və direktor müavini Andrius Matiuchinas ilə görüş keçiriblər.

Görüş zamanı AYİB ilə Veysəloğlu Şirkətlər Qrupu arasında mövcud əməkdaşlıq, həyata keçirilən layihələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər, xüsusilə ölkəmizdə iqtisadi inkişaf, iqtisadiyyatda pərakəndə sektorunun önəmi, özəl sektorun inkişafı istiqamətində beynəlxalq praktikaların tətbiqi, özəl sektora infrastruktur və qanunvericilik üzrə lazımi dəstəyin göstərilməsi, özəl sektorun maliyyələşdirilməsi, mövcud layihələrin davamlılığı və yeni əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

AYİB-in təşkilatçılığı ilə keçirilən təcrübə mübadiləsi çərçivəsində Latviyanın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan Maxima Latvia-nın rəhbərliyi ilə görüş keçirilib. Şirkətin baş icraçı direktoru Karolina Zygmantaite və maliyyə direktoru Edmunds Badüns pərakəndə satış sahəsindəki təcrübələrini bölüşüb.

AYİB ilə Veysəloğlu Şirkətlər Qrupu arasında uzunmüddətli əməkdaşlıq münasibətləri tərəflərin strateji hədəflərinə uyğun olaraq daha da genişlənməkdədir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə