Mobil versiya
İlkin rəsmi nəticələr açıqlandı: Paşinyan “şiroko şaqayet”
Tarix: 08-06-2026 | Saat: 00:38
Bölmə:Dünya | çapa göndər

İlkin rəsmi nəticələr açıqlandı: Paşinyan “şiroko şaqayet”


Ermənistanda parlament seçkiləri üzrə ilk rəsmi nəticələr açıqlanıb.

aia.az xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının 110 seçki məntəqəsi üzrə açıqladığı ilkin nəticələrə görə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 57,14 faiz səslə böyük fərqlə liderlik edir.

Nəticələrə əsasən, Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” Partiyası 21,43 faiz səslə ikinci yerdə qərarlaşıb. Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 8,21 faiz, “Çiçəklənən Ermənistan” Partiyası isə 5,10 faiz səs toplayıb.

Bundan əvvəl bülletenlərin 5 faizdən çoxunun emalı zamanı da “Vətəndaş Müqaviləsi” Partiyasının 57,14 faiz səslə açıq fərqlə irəlidə olduğu bildirilmişdi.

Səslərin sayılması davam edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-06-2026