Mobil versiya
ABŞ-dən Avropaya sərt xəbərdarlıq: Təhlükəli hücum başlayıb
Tarix: 06-06-2026 | Saat: 22:12
Bölmə:Dünya | çapa göndər

ABŞ-dən Avropaya sərt xəbərdarlıq: Təhlükəli hücum başlayıb


ABŞ-nin müdafiə naziri Pit Heqset hesab edir ki, Vaşinqtonun Avropadakı müttəfiqləri təhlükəli ideologiyaların hücumu ilə üz-üzədirlər.

"aia.az" xəbər verir ki, o, Fransanın şimalında müttəfiq qoşunların Normandiya desant əməliyyatı zamanı sahilə çıxmasının 82-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bu barədə danışıb.

"Təəssüf ki, bu gün Avropanın digər sahilləri başqa təhlükəli ideologiyaların təzyiqi altındadır. İspaniyaya, İtaliyaya, Yunanıstana və Bolqarıstana qayıqlarla insanlar gəlir", - deyə o bildirib.

Heqset bununla Avropa ölkələrinə yönələn qeyri-qanuni miqrasiya axınını nəzərdə tutduğunu vurğulayıb.

"Avropa paytaxtlarında bu hücuma qarşı nə vaxt tədbir görüləcək? Yoxsa artıq çox gecdir? Mən belə düşünmürəm", - deyə o qeyd edib.

"Biz müttəfiqlərimizi dəstəkləyirik və gözləyirik ki, müttəfiqlərimiz də bizi dəstəkləməyə qadir və hazır olsunlar", - deyə Pentaqon rəhbəri əlavə edib.(oxu.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-06-2026