Mobil versiya
Çin Tayvan yaxınlığında xüsusi əməliyyata başlayıb
Tarix: 07-06-2026 | Saat: 10:13
Bölmə:Dünya | çapa göndər

Çin Tayvan yaxınlığında xüsusi əməliyyata başlayıb


Çin Tayvan adasının şərq sularında xüsusi dəniz əməliyyatına başladığını açıqlayıb. Pekin bu addımı Yaponiya və Filippin arasında dəniz sərhədləri ilə bağlı aparılan danışıqlara cavab kimi qiymətləndirib.

"aia.az" xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Çin Nəqliyyat Nazirliyinin bəyanatında qeyd olunub ki, Tayvan adasının şərq akvatoriyasında dəniz hərəkətinin təmin edilməsi məqsədilə xüsusi əməliyyat təşkil edilib.

Qurumun açıqlamasına görə, bu qərar Yaponiya və Filippinin "dəniz sərhədləri üzrə danışıqlara" başlaması barədə birtərəfli bəyanatına cavab olaraq qəbul edilib.

Pekin hesab edir ki, həmin danışıqlar Çinin ərazi suverenliyini, eləcə də dənizdəki hüquq və maraqlarını pozur.

Çin tərəfi bildirib ki, ölkənin suveren hüquqlarının qorunması məqsədilə lazımi tədbirlər görüləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə