Mobil versiya
“Rusiya Ukraynada Tədricən ÜSTÜNLÜYÜ İTİRİR”
Tarix: 20-05-2026 | Saat: 20:14
Bölmə:Özəl | çapa göndər

“Rusiya Ukraynada Tədricən ÜSTÜNLÜYÜ İTİRİR”


CNN telekanalında yayımlanan təhlildə Ukrayna müharibəsində təşəbbüsün tədricən Rusiyanın əlindən çıxdığı iddia olunub.

Məqalə müəllifi Brett McGurk hesab edir ki, Si Cinpinin ABŞ prezidenti Donald Trumpa “Putin bir gün Ukraynaya hücum etdiyinə peşman ola bilər” deməsi təsadüfi mesaj deyil.

Təhlildə bildirilir ki, Kremlin planına əsasən, Rusiya ordusu uzunmüddətli müharibə və canlı qüvvə üstünlüyü hesabına Donbas üzərində tam nəzarət qurmalı idi. Lakin son aylarda cəbhədə vəziyyət Moskvanın gözlədiyi kimi inkişaf etmir.

Müəllifin fikrincə, Ukrayna artıq sadəcə müdafiə olunan tərəf deyil, müharibənin qaydalarını dəyişən texnoloji gücə çevrilib. Xüsusilə dron texnologiyaları Rusiyanın irəliləyişini ciddi şəkildə ləngidir.

Təhlildə qeyd olunur ki, Ukrayna pilotsuz aparatları artıq Rusiyanın dərinliklərinə qədər zərbələr endirir, hərbi aerodromları, enerji obyektlərini və sursat anbarlarını hədəfə alır. Cəbhə boyunca formalaşan “ölüm zonası” səbəbindən Rusiya ordusunun irəliləməsinin çətinləşdiyi vurğulanır.

Eyni zamanda, Rusiyanın itkilərinin artdığı və iqtisadi təzyiqlərin gücləndiyi qeyd edilir. Məqalədə Moskva daxilində də uzunmüddətli müharibənin iqtisadi nəticələri ilə bağlı narahatlığın artdığı bildirilir.

Analitiklər hesab edirlər ki, müharibənin gedişində texnologiya və iqtisadi dayanıqlıq artıq ən vacib amillərdən birinə çevrilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-05-2026