WUF13 Azərbaycanın beynəlxalq səviyyədə təqdimatı baxımından mühüm platformadır - DEPUTAT
Tarix: 20-05-2026 | Saat: 21:20
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin mahiyyəti daim dünyada əmin-amanlığın, sülhün, iqtisadi inkişafın və mədəni əlaqələrin genişləndirilməsinin təşviqi ilə bağlı olub. Dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları bu tədbirləri qlobal proseslərin mühüm tərkib hissəsi kimi dəyərləndirirlər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva söyləyib.
O bildirib ki, 2024-cü ilin noyabrında Bakıda keçirilən və müxtəlif ölkələrin dövlət başçılarını, rəsmilərini, on minlərlə nümayəndəni bir araya gətirən COP29 da belə mötəbər tədbirlərdən biri idi. Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) da mahiyyət etibarilə böyük əhəmiyyət daşıyan beynəlxalq platformadır. Forumda 182 ölkədən 45 mindən çox nümayəndənin iştirakı tədbirin miqyasını və əhəmiyyətini aydın şəkildə göstərir.
"Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimindəki çıxışında Azərbaycanın Avropa ilə Asiyanın qovuşuğunda yerləşdiyini, tarix boyu Şərqlə Qərbi birləşdirən məkan olduğunu vurğuladı.
Dövlət başçımızın səsləndirdiyi fikirlər Azərbaycanın yalnız regional deyil, beynəlxalq miqyasda da mühüm inkişaf və əməkdaşlıq mərkəzinə çevrildiyini bir daha göstərdi. Çıxışda həm tarixi irsə bağlılıq, həm də müasir inkişaf strategiyası vahid konsepsiya şəklində təqdim olundu. İçərişəhərdən Qarabağa, Şamaxıdan Lahıca qədər sadalanan nümunələr Azərbaycanın qədim dövlətçilik, memarlıq və şəhərsalma ənənələrinin bu gün də yaşadığını nümayiş etdirdi.
Prezidentin Ağdam, Zəngilan və Xankəndidə keçirilən şəhərsalma forumlarını xatırlatması təsadüfi deyildi. Bu, işğaldan azad olunmuş ərazilərin artıq dağıntı məkanından inkişaf və quruculuq bölgəsinə çevrildiyini göstərən mühüm mesaj idi. Xüsusilə Ağdamın “Qafqazın Xirosiması” adlandırılması Ermənistanın işğal dövründə törətdiyi dağıntıların miqyasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyırdı.
Dövlətimizin başçısının səsləndirdiyi rəqəmlər – tunellərin, körpülərin, hava limanlarının, yolların və digər infrastruktur layihələrinin qısa müddətdə həyata keçirilməsi Azərbaycanın iqtisadi və təşkilati imkanlarının göstəricisidir. Böyük Qayıdış Proqramı çərçivəsində aparılan işlər yalnız bərpa prosesi deyil, həm də müasir və dayanıqlı yaşayış modelinin qurulması kimi dəyərləndirilir.
Çıxışda milli-mənəvi dəyərlərlə müasir şəhərsalma prinsiplərinin paralel təqdim olunması xüsusi diqqət çəkdi. Prezident İlham Əliyev Azərbaycanın musiqisinin, poeziyasının və memarlığının dünya miqyasında maraq doğurduğunu vurğulayaraq, milli kimliyin qorunmasının inkişaf prosesinin əsas istiqamətlərindən biri olduğunu bildirdi. Bu yanaşma göstərir ki, Azərbaycan modernləşmə ilə milli irsin qorunmasını uzlaşdırmağı bacaran ölkələrdəndir",- deyə S.Xasayeva vurğulayıb.
Deputat əlavə edib ki, ətraf mühitin qorunması ilə bağlı səsləndirilən fikirlər də forumun əsas mahiyyətinə uyğun idi. Vaxtilə ekoloji baxımdan problemli ərazilər hesab olunan Qara şəhər və Böyükşorun müasir yaşayış və istirahət məkanlarına çevrilməsi Azərbaycanın ekoloji yenilənmə siyasətinin uğurlu nəticəsi kimi qiymətləndirilə bilər. "Ağ şəhər" layihəsi isə urbanizasiya və ekoloji tarazlığın bir arada mümkün olduğunu göstərən mühüm nümunələrdəndir.
Ümumilikdə WUF13 Azərbaycanın şəhərsalma, bərpa, ekoloji inkişaf və mədəni irsin qorunması sahəsində həyata keçirdiyi siyasətin beynəlxalq səviyyədə təqdimatı baxımından mühüm platformadır. Prezident İlham Əliyevin çıxışı isə Azərbaycanın keçmişinə bağlı, gələcəyə yönəlmiş inkişaf modelini aydın şəkildə ortaya qoydu.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-05-2026