Mobil versiya
Fevraldan Yoxa Çıxan Xamenei – Sağdır, Yoxsa Vəziyyəti Ağırdır?
Tarix: 20-05-2026 | Saat: 18:11
Bölmə:Özəl | çapa göndər

Fevraldan Yoxa Çıxan Xamenei – Sağdır, Yoxsa Vəziyyəti Ağırdır?


Müctəba Xameneinin fevral ayından bəri ictimaiyyət qarşısına çıxmaması İranda və beynəlxalq mediada ciddi müzakirələr yaradıb.

İran Səhiyyə Nazirliyinin sözçüsü Hossein Kermanpour bildirib ki, ABŞ və İsrailin bombardmanları zamanı yaralanan Xameneinin vəziyyəti ilə bağlı yayılan bəzi iddialar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, xəsarətlər amputasiya və ya əlilliklə nəticələnməyib.

Lakin siyasi şərhçi Fikrət Fəraməzoğlu hesab edir ki, Xameneinin uzun müddət görünməməsi təsadüfi deyil. Ekspertin sözlərinə görə, İran rəsmiləri bunu təhlükəsizlik səbəbi ilə izah etsələr də, pərdəarxasında daha ciddi səbəblər ola bilər.

Təhlilçi bildirir ki, bombardman zamanı ağır yaralanma ehtimalı yüksəkdir və onun tam sağalması uzun vaxt apara bilər. Sosial şəbəkələrdə Xameneinin üzündə ciddi deformasiya, hətta bəzi bədən üzvlərini itirməsi ilə bağlı iddialar da yayılıb.

Fikrət Fəraməzoğlu diqqət çəkən başqa bir məqama da toxunub. Onun fikrincə, bu müddət ərzində Xameneinin nə açıq videosu, nə də canlı çıxışı yayımlanıb. Yayılan bəzi səs yazılarının isə süni intellekt vasitəsilə hazırlanması iddia olunur.

Ekspert hesab edir ki, İran rəhbərliyi hazırda vəziyyəti nəzarətdə saxlamağa çalışır və Xameneinin real sağlamlıq durumu barədə məlumatları maksimum dərəcədə gizli saxlayır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-05-2026