Mobil versiya
Bakıdan dünyaya verilən şəhər mesajı
Tarix: 20-05-2026 | Saat: 17:16
Bölmə:Siyasət | çapa göndər

Bakıdan dünyaya verilən şəhər mesajı

17–22 may tarixlərində Bakının ev sahibliyi etdiyi dünyanın urbanizasiya, şəhərsalma və dayanıqlı inkişaf sahəsində ən nüfuzlu platformalarından birini Azərbaycana gətirib. Bu forum təkcə beynəlxalq tədbir deyil, həm də ölkəmizin gələcəyə baxışını, müasir şəhər modeli qurmaq iradəsini və qlobal dialoqda artan rolunu nümayiş etdirən mühüm bir mərhələdir.
Bu gün Bakıda dünyanın müxtəlif ölkələrindən gələn siyasətçilər, memarlar, urbanistlər, ekoloqlar və innovasiya liderləri bir araya gələrək şəhərlərin gələcəyini müzakirə edirlər. Forumda səslənən əsas mesajlardan biri budur: gələcəyin şəhərləri yalnız inkişaf etmiş infrastruktura deyil, insan mərkəzli yanaşmaya, ekoloji tarazlığa, sosial inklüzivliyə və texnoloji innovasiyalara əsaslanmalıdır.
Azərbaycan isə bu platformada yalnız ev sahibi kimi deyil, həm də yeni urban düşüncənin iştirakçısı kimi çıxış edir. Son illərdə ölkədə həyata keçirilən genişmiqyaslı abadlıq, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, xüsusilə azad edilmiş ərazilərdə qurulan yeni yaşayış konsepsiyaları Azərbaycanın dayanıqlı inkişaf modelinə verdiyi önəmi göstərir. Bu yanaşma dövlətimizin gələcəyə hesablanmış strateji baxışının bir hissəsidir.

Bakının forum üçün seçilməsi təsadüfi deyil. Tarixi irslə müasir memarlığın harmoniyasını özündə birləşdirən bu şəhər bu gün Şərqlə Qərb arasında ideyaların, innovasiyaların və beynəlxalq əməkdaşlığın mühüm mərkəzlərindən birinə çevrilir. Forum çərçivəsində keçirilən panel və müzakirələrdə şəhərlərin təhlükəsizliyi, iqlim çağırışları, yaşıl enerji, rəqəmsal transformasiya və urban həyatın keyfiyyəti kimi məsələlər xüsusi diqqət mərkəzindədir.
WUF13 həm də Azərbaycanın beynəlxalq nüfuzunun və təşkilatçılıq potensialının daha bir göstəricisidir. Dünyanın diqqətinin Bakıya yönəldiyi bu günlərdə ölkəmiz özünü yalnız regionun deyil, qlobal inkişaf gündəminin fəal iştirakçısı kimi təqdim edir. Bu forum bir daha göstərir ki, Azərbaycan gələcəyi planlaşdıran, yeniliklərə açıq və davamlı inkişaf ideyasına inanan dövlət olaraq dünya ilə eyni ritmdə irəliləyir.

Neva Abdurahmanova,
YAP Qusar rayon təşkilatının sədr müavini.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-05-2026