Mobil versiya
“Qarabağı UNUDUN!” – Paşinyandan GÜNDƏMİ SARSIDAN AÇIQLAMA
Tarix: 19-05-2026 | Saat: 18:18
Bölmə:Özəl | çapa göndər

“Qarabağı UNUDUN!” – Paşinyandan GÜNDƏMİ SARSIDAN AÇIQLAMA


Ermənistanın baş naziri Nikol Pashinyan ölkədə böyük rezonans doğuran açıqlamalar verib. Paşinyan bildirib ki, erməni cəmiyyəti artıq “müvəqqəti yaşamaq psixologiyasından” imtina etməli və Ermənistanı özünün yeganə və son vətəni kimi qəbul etməlidir.

Baş nazir vurğulayıb ki, ermənilər davamlı şəkildə başqa ərazilərə qayıdış xəyalları ilə yaşamaqdan əl çəkməlidir:

“Biz öz vətənimizi tapmışıq və bu, Ermənistan Respublikasıdır”, – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, keçmişə bağlı revanşist düşüncələr Ermənistanın gələcəyinə ciddi maneələr yaradır. Paşinyan qeyd edib ki, insanların şüuraltında daim Van, Muş, Qarabağ və Naxçıvana qayıtmaq ideyasının yaşaması ölkəni təhlükəli psixoloji vəziyyətə sürükləyir.

“Əgər düşüncəmizdə daim Qarabağa, Naxçıvana və digər yerlərə qayıdış ideyası yaşayarsa, o zaman Ermənistanı öz doğma dövlətimiz kimi deyil, sadəcə keçid məntəqəsi kimi qəbul etməyə başlayacağıq”, – deyə hökumət başçısı əlavə edib.

Paşinyan bildirib ki, bu yanaşma Ermənistan cəmiyyətində təhlükəsizlik və sabitlik hissini zəiflədir, insanlarda gələcəyə inamsızlıq yaradır. O, xüsusilə Qarabağdan köçən ermənilərə müraciət edərək, onları Ermənistanda məskunlaşmağa və bu ölkəni daimi yaşayış yeri kimi qəbul etməyə çağırıb.

Siyasi müşahidəçilər Paşinyanın bu çıxışını Ermənistan daxilində uzun illər davam edən revanşist ritorikadan uzaqlaşmaq və yeni siyasi kurs formalaşdırmaq cəhdi kimi qiymətləndirirlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-05-2026