Mobil versiya
İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
Tarix: 13-05-2026 | Saat: 10:01
Bölmə:Manşet / Gündəm | çapa göndər

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq

Tramvay uzun müddətdir müzakirə olunan mövzulardan biridir. 2025–2030-cu il dövlət proqramında tramvay haqqında xüsusi maddələr qeyd olunub.

aia.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov Trend Beynəlxalq İnformasiya Agentliyinə və “Azad Azərbaycan” Televiziyasına (ATV) müsahibəsində deyib.

O bildirib ki, hazırda tramvayın konseptual planı hazırlanır. İlkin olaraq Mehdiabad ərazisindən Bakı şəhərinin mərkəzinə alternativ bir neçə variant müzakirə edilərək tramvayın çəkilməsi planlaşdırılır. “Bakıda gələcəkdə 5 fərqli istiqamət üzrə tramvay olması planlaşdırılır. İlkin perspektivdə əhalinin sıx məskunlaşdığı və kütləvi ictimai nəqliyyat həllinə çıxışı olmayan ərazilərə tramvayın çəkilməsi nəzərdə tutulur. Məqsəd odur ki, tramvay metronu və avtobusu əvəzləməsin, əksinə, onları birləşdirən vasitə olsun”, - deyə “Bakı Metropoliteni” QSC-nin sədri əlavə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə