Adəm İsmayıl Bakuvi: “Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti bu gün öz suverenliyini və müstəqilliyini qorumağa qadir ölkə olduğunu artıq sübuta yetirmişdir”
Tarix: 08-05-2026 | Saat: 12:42
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Bu il Azərbaycan xalqı özünün böyük xilaskar oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü hər zaman olduğu kimi, böyük təntənə ilə qeyd edəcək. Qədirbilən xalqımız bugünkü müstəqilliyimizə, azad və güclü bir dövlətin vətəndaşları olduğumuza görə məhz Ümummilli Lider Heydər Əliyevə borclu olduğunu heç zaman unutmur. Dövlətçilik tariximizdə silinməz izlər qoymuş, bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilən Ulu Öndərimizin əziz xatirəsini xalqımız daim uca tutacaq və minnətdarlıqla anır. Məlum olduğu kimi, ötən əsrin sonlarında müstəqilliyini yeni bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Xalqın və dövlətin taleyinin həll olunduğu, ölkənin mövcudiyyətinin sual altında qaldığı belə bir ağır zamanda xalqın təkidli çağırışına səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi deyib.
Fikirlərini davam etdirən partiya sədri qeyd edib ki, Ulu Öndər hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən – 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağını Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq etmiş, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı: “1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qanun qəbul olunub. Böyük dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Dövlət Bayrağı da milli suverenliyin simvolu kimi təsdiq olundu, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında çoxsaylı normativ aktlar qəbul edildi. 1993-cü ilin oktyabr ayında xalqımız böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Ölkə Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Məhz bu tarixi gündən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.”
Daha sonra müsahibimiz müstəqilliyin ilk illərində mövcud olan ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələrin Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edildiyindən, Milli Ordunun formalaşdırılmasından bəhs edib: “Həmin dövrdə Ulu Öndər qısa müddət ərzində Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz və effektiv tədbirlər görmüşdür. Nəticədə orduda kütləvi fərarilik hallarına son qoyulmuş, hərbi intizam möhkəmləndirilmişdir. Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti bu gün öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu artıq sübuta yetirmişdir. Ümummilli Lider Heydər Əliyevin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əsasını qoyduğu işi 2003-cü ildən sonra uğurla davam etdirən Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan xalqı, Azərbaycan Ordusu 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanaraq torpaqlarımızın 30 illik işğalına son qoydu. Azərbaycanda Heydər Əliyev İli elan olunmuş 2023-cü ilin sentyabr ayında isə, ölkəmiz özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdi. Bu gün Azərbaycanda Heydər Əliyev siyasi kursunun cənab Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq, son dərəcə böyük uğurla inkişaf və davam etdirilməsi nəticəsində ölkəmizdə sabitlik möhkəmlənmiş, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, insan hüquqları ilə bağlı aparılan islahatlar Azərbaycanı bir çox göstəricilər üzrə sürətlə inkişaf edən lider ölkəyə çevirmişdir. Günümüzün reallıqları bir daha bunu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası Azərbaycanı parlaq gələcəyinə qovuşduracaq yeganə doğru yoldur” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini başa çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-05-2026
10:37 Bu gün qısa iş günüdür