Mobil versiya
Tovuzda “Liderin izi ilə” adlı tələbələr arasında intellektual yarış keçirilib -Fotolar
Tarix: 08-05-2026 | Saat: 11:01
Bölmə:Özəl | çapa göndər

Tovuzda “Liderin izi ilə” adlı tələbələr arasında intellektual yarış keçirilib

Tovuzda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş, eyni zamanda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Liderin izi ilə” adlı tələbələr arasında intellektual yarış keçirilib.

aia.az xəbər verir ki, tədbir Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatı və Tovuz Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə baş tutub.

Yarışın açılış mərasimində YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov və Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Nigar Səfxanova iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış mərasimində çıxış edən Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Nigar Səfxanova qeyd edib ki, belə intellektual yarışlar gənclərin dünyagörüşünün artırılması, onların milli-mənəvi dəyərlərə bağlı ruhda yetişdirilməsi və liderlik keyfiyyətlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. O, Ümummilli Lider Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının bu gün də uğurla davam etdirildiyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb.

Daha sonra çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müasir müstəqil dövlətimizin qurulması və inkişafındakı müstəsna xidmətlərindən bəhs edib. O bildirib ki, bu gün ölkəmizin əldə etdiyi uğurlar məhz Ulu Öndərin müəyyən etdiyi siyasi kursun uğurla davam etdirilməsinin nəticəsidir.

Yarış maraqlı və gərgin mübarizə şəraitində keçib. Sonda qalib və fərqlənən komandalar təşkilatçılar tərəfindən diplom və kuboklarla təltif olunublar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2026