Əraqçidən ABŞ-yə sərt ittiham – “Pentaqon rəqəmləri gizlədir”
Tarix: 01-05-2026 | Saat: 17:00
Bölmə:Özəl | çapa göndər
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və Pentaqonu müharibə xərcləri ilə bağlı ictimaiyyəti aldatmaqda ittiham edib.
O, İsrailin Baş naziri Benyamin Netanyahu-nun siyasətinin ABŞ-yə ciddi maliyyə zərəri vurduğunu iddia edərək, bu rəqəmin rəsmi açıqlamalardan dəfələrlə yüksək olduğunu bildirib.
Əraqçinin sözlərinə görə, müharibə nəticəsində ABŞ-ın ümumi itkiləri 100 milyard dollara yaxınlaşır və bu yük birbaşa olaraq Amerika vergi ödəyicilərinin üzərinə düşür. O, hətta bəzi ailələrin aylıq büdcəsinə yüzlərlə dollar əlavə xərc düşdüyünü də iddia edib.
İranlı nazir “İsrail hər şeydən öncə” siyasətinin əslində ABŞ maraqlarının arxa plana keçməsi demək olduğunu vurğulayaraq, Vaşinqtonu sərt tənqid edib. Onun açıqlamaları ABŞ-də müharibə xərcləri ilə bağlı müzakirələrin artdığı dövrə təsadüf edir.
Pentaqon isə səsləndirilən bu iddialara hələlik rəsmi cavab verməyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-05-2026