Deputatdan Avropa Parlamentinə sərt ittiham – “Qətnamə adı altında təxribat”
Tarix: 01-05-2026 | Saat: 15:00
Bölmə:Özəl | çapa göndər

Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi son qətnamə rəsmi Bakının ciddi etirazına səbəb olub. Bu çərçivədə Avropa İttifaqının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və sənədlə bağlı etiraz notası təqdim edilib.
Milli Məclisdə məsələ müzakirəyə çıxarılıb və Avropa Parlamenti-nin fəaliyyətinə qarşı addımların hazırlanması üçün xüsusi komissiya yaradılıb. Deputat Aydın Hüseynov bildirib ki, qəbul olunan qətnamə tam əsassızdır və beynəlxalq hüquqa ziddir.
Onun sözlərinə görə, sənəddə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı reallıqlar təhrif edilir, qərəzli və siyasi motivli iddialar irəli sürülür. Deputat qeyd edib ki, bu cür yanaşma regionda sülh prosesinə də mənfi təsir göstərir.
A.Hüseynov həmçinin vurğulayıb ki, Qarabağla bağlı iddialar reallığı əks etdirmir və erməni sakinlərin bölgəni könüllü tərk etməsi faktı görməzlikdən gəlinir. O, əlavə edib ki, cinayət törətmiş şəxslərin “müharibə əsiri” kimi təqdim olunması absurddur və bu, dolayısı ilə cinayətə haqq qazandırmaq deməkdir.
Deputatın fikrincə, bu cür qətnamələr Azərbaycanın mövqeyinə təsir edə bilməz və ölkə beynəlxalq hüquqa əsaslanan müstəqil siyasətini davam etdirəcək.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-05-2026