Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmatçılar arasında rayon turniri keçirilib -Fotolar
Tarix: 01-05-2026 | Saat: 18:18
Bölmə:Özəl / İdman | çapa göndər

01 may 2026-cı il tarixdə YAP Zəngilan rayon təşkilatı və Zəngilan rayon Uşaq Gənclər-İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü”nə həsr olunmuş 8-14 yaşadək şahmatçılar arasında rayon turniri keçirilib.
aia.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin açılışında çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün də ölkəmizin bütün sahələrində uğurla davam etdirilir. O qeyd edib ki, gənclərin intellektual inkişafına yönəlmiş bu kimi tədbirlər dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biridir və onların formalaşmasında xüsusi əhəmiyyət daşıyır.
Daha sonra Zəngilan rayon Uşaq Gənclər-İdman Şahmat məktəbinin direktoru Vidadi Kərimov, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Zəngilan rayonu üzrə nümayəndəsi Mehman Nəsirov, məktəbin məşqçi-müəllimi Gilə Məmmədyarova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan şahmatının inkişafındakı tarixi xidmətlərindən, gənc nəslin intellektual potensialının artırılmasına göstərdiyi böyük diqqət və qayğıdan bəhs edərək, bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiyini vurğulayıblar. Qeyd olunub ki, bu cür turnirlərin təşkilində əsas məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onlarda strateji düşünmə qabiliyyətinin formalaşdırılması və rayon üzrə istedadlı şahmatçıların aşkar edilməsidir.
Sonda yer tutan şahmatçılar diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-05-2026