Mobil versiya
Röya geyimi müzakirə yaratdı
Tarix: 01-05-2026 | Saat: 14:37
Bölmə:Şou-biznes | çapa göndər

Röya geyimi müzakirə yaratdı


Sosial şəbəkələrdə yayılan görüntülər Röya Ayxanın səhnə geyimi ilə bağlı müzakirələri yenidən alovlandırıb.

Məclislərin birində çıxış edən 43 yaşlı Xalq artistinin parlaq və açıq-saçıq səhnə obrazı birmənalı qarşılanmayıb.

Röyanın qızılı, bədənə kip oturan və dekolteli libasda ifa etdiyi kadrlar minlərlə baxış və rəy toplayıb.

İzləyicilərin bir qismi hesab edir ki, Xalq artisti fəxri adını adını daşıyan sənətçiyə daha klassik və “ağır” üslub yaraşır. Onlar bu cür səhnə geyimlərinin statusla uyğun gəlmədiyini qeyd edərək, obrazı tənqid ediblər.

Digər tərəfdən, sənətçini müdafiə edənlər də az olmayıb. Pərəstişkarlarının fikrincə, səhnə adamı üçün geyim sərbəstliyi normaldır və bu, şounun bir hissəsi kimi qəbul edilməlidir. /yenisabah/



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2026