Mobil versiya
Bu gün Çexiya ilə ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur - İlham Əliyev
Tarix: 27-04-2026 | Saat: 17:29
Bölmə:Siyasət | çapa göndər

Bu gün Çexiya ilə ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur -

Azərbaycan Prezidenti İlham Əliyev Çexiya ilə bu gün də ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını və 800 milyon dollardan çox olduğunu deyib.

aia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə Qəbələdə mətbuata bəyanatında səsləndirib.

"Əgər ticarət dövriyyəsinin strukturuna baxsaq, görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq. Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir", - Prezident qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2026