Netanyahu ilə ordu arasında gərginlik artır – məsuliyyət mübahisəsi böyüyür
Tarix: 27-04-2026 | Saat: 17:00
Bölmə:Özəl | çapa göndər
İsrail mediası baş nazir Benyamin Netanyahunun Livan və İran istiqamətində aparılan əməliyyatların nəticələrinə görə hərbi rəhbərliklə ciddi fikir ayrılığı yaşadığını yazır.
“Israel Hayom” nəşrinin iddiasına görə, Netanyahu Livandakı əməliyyatların uğursuz nəticələrinə görə məsuliyyəti İsrail Müdafiə Qüvvələrinə (IDF) yönəltməyə çalışır. Bu isə ordu daxilində narazılığın artmasına səbəb olub.
Mənbələr bildirir ki, hərbçilər baş nazirin “günah keçisi axtardığı” fikrini bölüşür və bu vəziyyət siyasi-hərbi münasibətlərdə gərginliyi daha da dərinləşdirir.
Eyni zamanda, Netanyahu-nun son bəyanatları – xüsusilə “Hizbullah” mövqelərinə zərbələr barədə açıqlamaları – ictimaiyyətə siyasi mesaj kimi qiymətləndirilir. Lakin hərbi mənbələr real əməliyyatların daha məhdud miqyasda aparıldığını qeyd edir.
İsrail daxilində hökumətlə təhlükəsizlik strukturları arasında fikir ayrılıqlarının genişləndiyi, gələcəkdə isə məsuliyyətin digər kəşfiyyat qurumlarına da yönəldilə biləcəyi iddia olunur.
Hazırda vəziyyət həm siyasi, həm də hərbi müstəvidə gərgin olaraq qalır və İsrail daxilində qərarvermə prosesləri ciddi müzakirə predmetinə çevrilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-04-2026
15:32 Yüksək səviyyəli görüş