Mobil versiya
Məzahir Pənahov seçki prosesindəki şəffaflıqdan danışdı
Tarix: 27-04-2026 | Saat: 16:52
Bölmə:Karusel / Siyasət | çapa göndər

Məzahir Pənahov seçki prosesindəki şəffaflıqdan danışdı

"Mərkəzi Seçki Komissiyasının fəaliyyəti müxtəlif səviyyələrdə rəğbətlə qarşılanır və bizə xoş sözlər deyilir. Parlamentin bu məsələdə münasibəti isə xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, siyasi partiyalarla bağlı məsələlər də önəmlidir. Bilirsiniz ki, MSK üzvlərini fəaliyyətini Seçki Məcəlləsinə uyğun qurur".

aia.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komisiyyasına yenidən sədr seçilən Məzahir Pənahov deyib.

"Ümumilikdə bizim 30 mindən artıq seçki strukturumuz - komissiyalarımız var. Onların öz fəaliyyətini lazımi səviyyədə qura bilməsi üçün müxtəlif vacib məqamlar var. Bizə bütün şərait yaradılıb. Bunu məmnuniyyətlə qeyd edə bilərik. Azərbaycanda seçki prosesində şəffaflıq baxımından dünyada analoqu olmayan təklif ortaya qoyuldu. 15-16 faiz məntəqədə ölkə başçısının tapşırığı ilə veb-kameralar qoyuldu. Həmin kameralara baxmaq üçün heç bir icazəyə ehtiyac yoxdur. Bunun dünyada analoqu yoxdur", - deyə MSK sədri bildirib

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2026