Gülər Sultanzadə Ana dilindən dövlət dilinə uzanan yol milli özünüdərkin hüquqi və siyasi təcəssümüdür
Tarix: 27-04-2026 | Saat: 12:01
Bölmə:Özəl | çapa göndər

Tarix boyu xalqların varlığını qoruyan və onları bir millət kimi formalaşdıran ən mühüm amillərdən biri onların dilidir. XX əsrin mürəkkəb siyasi reallıqları fonunda bu həqiqət daha aydın şəkildə özünü göstərirdi. Sovet ideologiyasının vahid mərkəzə əsaslanan siyasəti milli xüsusiyyətlərin arxa plana keçirilməsini təşviq edirdi. Belə bir dövrdə milli dili qorumaq və onu dövlət səviyyəsində təsbit etmək yalnız siyasi qərar deyil, həm də milli iradənin ifadəsi idi.
Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.
Müsahibimiz deyib ki, Azərbaycan dilinin dövlət dili statusu qazanması milli özünüdərkin güclənməsinə xidmət edən mühüm hadisə idi. Ulu Öndər Heydər Əliyev tərəfindən aparılan ardıcıl dil siyasəti bu prosesi hüquqi müstəvidə möhkəmləndirərək ana dilini dövlətçilik atributuna çevirdi. Məhz bu kontekstdə Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülən təşəbbüs Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsinə çevrildi. Onun rəhbərliyi ilə Azərbaycan SSR-də dil məsələsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi gündəmə gətirildi və prinsipial şəkildə müdafiə olundu. Bu isə siyasi uzaqgörənlik və milli maraqların qorunması idi. 1970-ci illərin ictimai-siyasi mühitində milli dillərin sıxışdırılması prosesi getdikcə dərinləşirdi. Bu şəraitdə respublika rəhbərlərinin əksəriyyəti ehtiyatlı mövqe tuturdu. Lakin Ulu Öndər Heydər Əliyev fərqli yol seçərək milli maraqları ön plana çəkdi. O, dil məsələsini yalnız mədəniyyət sahəsinə aid problem kimi deyil, dövlətçilik və milli təhlükəsizlik məsələsi kimi qiymətləndirirdi. 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyası çərçivəsində dövlət dili məsələsinin təsbit olunması xüsusi əhəmiyyət daşıyırdı. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən müvafiq maddə Azərbaycan dilinə rəsmi status qazandırdı və onun ictimai həyatın bütün sahələrində tətbiqinə hüquqi zəmin yaratdı. Bu qərar milli dilin qorunmasını təsadüfi prosesdən çıxararaq dövlət siyasətinin ayrılmaz hissəsinə çevirdi. Ana dilinin inkişafına yönəlmiş məqsədyönlü siyasət-dil siyasəti yalnız hüquqi aktlarla məhdudlaşmırdı. Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycan dilində təhsilin genişləndirilməsi, elmi və bədii ədəbiyyatın ana dilində nəşrinin artırılması və dilçi alimlərə dövlət qayğısının gücləndirilməsi kimi mühüm tədbirlər həyata keçirildi. Bu addımlar Azərbaycan dilinin zənginləşməsinə və onun funksional imkanlarının genişlənməsinə xidmət edirdi. Müstəqillik dönəmində isə dil siyasətinin yeni mərhələsi başladı. 1990-cı illərdə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə dil məsələsi yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə qəbul olunan Konstitusiyada dövlət dilinin Azərbaycan dili kimi təsbit edilməsi Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən ardıcıl siyasətin məntiqi davamı idi. Bu, milli dövlətçiliyin ideoloji əsaslarını daha da möhkəmləndirdi.
Sonrakı illərdə qəbul olunan mühüm sənədlər – 2001-ci il fərmanları və 2002-ci il “Dövlət dili haqqında” Qanun – Azərbaycan dilinin tətbiqi və qorunması sahəsində kompleks hüquqi sistem formalaşdırdı. Dövlət Dil Komissiyasının yaradılması isə bu siyasətin institusional təminatını gücləndirdi. Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, həm də milli yaddaşın daşıyıcısıdır. Ədəbiyyatımız, musiqimiz, folklorumuz məhz bu dil vasitəsilə nəsildən-nəslə ötürülür. Bu baxımdan dilin qorunması milli-mənəvi dəyərlərin qorunması deməkdir. Ulu Öndərin bu sahədə apardığı siyasət milli kimliyin gələcək nəsillərə ötürülməsinə xidmət edən strateji xətt idi.
1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması tariximizin mühüm mərhələlərindən biri kimi qiymətləndirilməlidir. Bu addım milli özünüdərkin hüquqi ifadəsi olmaqla yanaşı, gələcək müstəqil dövlətin ideoloji əsaslarını formalaşdırdı. Bu gün Azərbaycan dili beynəlxalq arenada öz mövqeyini möhkəmləndirir, elm, təhsil və mədəniyyət sahələrində geniş şəkildə inkişaf edir. Bu uğurların arxasında isə zamanın sınaqlarından keçmiş uzaqgörən siyasət və milli maraqlara sadiqlik dayanır-deyə Gülər Sultanzadə fikirlərini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-04-2026