Mübariz Qurbanlı Məzahir Pənahovla bağlı DANIŞDI
Tarix: 27-04-2026 | Saat: 11:26
Bölmə:Parlament | çapa göndər

Seçki komissiyalarının formalaşdırılması olduqca mühüm məsələdir. Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra hüquqi sahədə olduğu kimi, seçki sisteminin qurulması istiqamətində də mühüm addımlar atılıb. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkədə seçki sisteminin təkmilləşdirilməsi, azad, demokratik və şəffaf seçkilərin keçirilməsi üçün ciddi institusional və hüquqi əsaslar formalaşdırılıb.
aia.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Mübariz Qurbanlı deyib.
O qeyd edib ki, bu dövr ərzində Azərbaycanda ümumilikdə 24 seçki keçirilib. Onlardan 8-i prezident seçkisi, 8-i parlament seçkisi, 4-ü referendum, 4-ü isə bələdiyyə seçkisidir. M.Qurbanlı bildirib ki, Ulu Öndərin hakimiyyətindən bu günə qədər keçirilən seçkilər azad, ədalətli və demokratik seçkilər kimi həm Azərbaycan cəmiyyəti, həm də beynəlxalq müşahidəçilər tərəfindən qiymətləndirilib. Eyni zamanda vurğulanıb ki, bu prosesə tənqidi yanaşmalar olsa da, ümumi nəticələr ölkədə seçki sisteminin inkişaf etdiyini göstərir.
Deputat bir daha xatırladıb ki, hakimiyyətin mənbəyi xalqdır və seçki ilə formalaşan hakimiyyət xalqın iradəsini ardıcıl şəkildə həyata keçirirsə, bu, həm seçkilərin, həm də onların nəticələrinin ictimai maraqlara uyğun olduğunu göstərir. Bu baxımdan seçki institutlarının dövlət və xalq arasında etimadın formalaşmasında mühüm rol oynadığı bildirilib.
Seçki komissiyalarının fəaliyyəti ilə bağlı Mübariz Qurbanlı tərəfindən vurğulanıb ki, Azərbaycanda Seçki Məcəlləsinə uyğun olaraq seçkiləri təşkil edən qurumlar müstəqil orqanlar kimi fəaliyyət göstərir. Seçki komissiyalarının formalaşdırılması prinsipi ədalətlilik əsasında qurulub və burada siyasi partiyaların, eləcə də cəmiyyətdə siyasətdən kənar müstəqil nümayəndələrin iştirakı təmin edilir. Eyni yanaşma Mərkəzi Seçki Komissiyasının, dairə və məntəqə seçki komissiyalarının formalaşmasında da tətbiq olunur:
"Azərbaycanın seçki sistemi beynəlxalq standartlara uyğunlaşdırılıb və seçkilər zamanı geniş müşahidə mexanizmi tətbiq edilir. Seçki prosesində beynəlxalq müşahidəçilər, siyasi partiya nümayəndələri və müstəqil müşahidəçilər iştirak edir. Eyni zamanda veb-kamera sisteminin tətbiqi seçkilərin şəffaflığını artıran müasir vasitələrdən biri kimi qeyd olunub".
Sonda parlamentari söyləyib ki, 2000-ci ildən Seçki Komissiyasına rəhbərlik edən Məzahir Pənahovun fəaliyyəti dövründə seçki maarifləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Seçicilərin aktiv iştirakının təmin olunması məqsədilə həm siyasi partiyalar, həm namizədlər, həm də seçki orqanları tərəfindən kompleks tədbirlərin həyata keçirildiyi vurğulanıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-04-2026