Mobil versiya
Məktəbə silahlı hücum: yaralılar var - Türkiyədə
Tarix: 14-04-2026 | Saat: 11:58
Bölmə:Dünya | çapa göndər

Məktəbə silahlı hücum:

Türkiyədə məktəbə girən silahlı şəxs ətrafa atəş açıb.

aia.az-ın NTV-yə istinadən xəbərinə görə, hadisə Şanlıurfa əyalətinin Siverek rayonunda baş verib.

Belə ki, silahlı şəxs tüfənglə yeddi nəfəri yaralayıb.

Silahlı şəxsin bir neçə şagirdi girov götürdüyü deyilir.

Hadisədən sonra əraziyə çoxsaylı tibb işçiləri və xüsusi polis qüvvələri cəlb edilib.

Silahlı hücumu həyata keçirən şəxsin məktəbli olduğu bildirilir.

Liseydəki şagirdlərin böyük əksəriyyətinin təxliyə olduğu qeyd olunub.

Silahlı şəxsin zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülür.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2026