Mobil versiya
Hicran Hüseynova: Əsl lider xalqının yanında olmalıdır
Tarix: 27-02-2026 | Saat: 11:31
Bölmə:Manşet / Parlament | çapa göndər

Hicran Hüseynova:

Əsl lider həm sevincli, həm də ağır günlərdə xalqının yanında olmalıdır.

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Hicran Hüseynova bildirib.

Deputat qeyd edib ki, dünya ictimaiyyəti Xocalıda baş verən dəhşətli hadisələrdən ilk növbədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası sayəsində xəbərdar olub. Onun sözlərinə görə, bu kampaniya nəticəsində Qarabağ həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm addımlar atılıb.

Hicran Hüseynova bildirib ki, Azərbaycan öz suverenliyini tam bərpa etməklə tarixi ədaləti təmin edib. Müharibə cinayətlərinə görə məsuliyyət daşıyan şəxslər məhv edilib, separatçı liderlər isə məhkəmə qarşısına çıxarılaraq cəzalandırılıblar.

“Bütün bunlar, cənab Prezidentin də vurğuladığı kimi, Azərbaycanın qətiyyətli siyasətinin və ardıcıl fəaliyyətinin təntənəsidir”, – deputat əlavə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-02-2026