Mobil versiya
"Gizli iqtisadiyyatın aradan qaldırılmasını müşahidə edəcəyik" - Deputat
Tarix: 27-02-2026 | Saat: 11:27
Bölmə:İqtisadiyyat | çapa göndər

"Gizli iqtisadiyyatın aradan qaldırılmasını müşahidə edəcəyik" -

"2003-cü ildən sonra, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb. Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları isə bu dövrdə 2 milyard dollardan 85 milyard dollara çatıb. Əldə edilən uğurlar yeni dövrdə iqtisadi islahatların dərinləşməsi ilə daha da möhkəmlənib".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycanın güclənməsi işğaldan azad olunan torpaqlarımızın intensiv bərpa və yenidən qurmasına imkan yaratmaqdadır:

"Böyük Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda 28 697 nəfər artıq məskunlaşıb. Bu 7154 ailənin ev ilə təmin edilməsi deməkdir. 2026-cı ilin yanvarın 1-dən sonrakı, 2 aya yaxın müddətdə isə 2863 keçmiş məcburi köçkün işğaldan azad olunan ərazilərimizdə məskunlaşıb. Bu, yalnız 2 ayda keçmiş məcburi koçkünlərimizin dövlət tərəfindən 646 evlə təmin edilməsi deməkdir".

"Yeni dövrün yeni hədəfləri kontekstində Azərbaycan iqtisadiyyatında islahatların dərinləşməsi, o cümlədən rəqabətin gücləndirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, gizli iqtisadiyyatın aradan qaldırılması kimi strateji tədbirləri müşahidə edəcəyik", - deyə deputat vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-02-2026