Mobil versiya
Qüdrət Həsənquliyev: Azərbaycan Ermənistan xalqına açıq müraciət etməlidir
Tarix: 27-02-2026 | Saat: 11:36
Bölmə:Parlament | çapa göndər

Qüdrət Həsənquliyev:

Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın rəhbərliyi altında erməni silahlı qüvvələri, Rusiyanın 366-cı alayının köməyi ilə Xocalının dinc sakinlərini qətlə yetiriblər.

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev bildirib.

Deputat vurğulayıb ki, bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu xüsusi rol oynayıb. Qüdrət Həsənquliyev əlavə edib ki, Xocalı işğaldan azad olunsa da, cinayətkarlar cəzalandırılmayana qədər soyqırım qurbanlarının ruhu rahatlıq tapa bilməz.

Həsənquliyev həmçinin qeyd edib ki, Ermənistanın hazırkı siyasi vəziyyətində erməni faşistlərinin yenidən hakimiyyətə gəlmək cəhdləri var və bu, region üçün təhlükə yarada bilər. Bu səbəbdən Azərbaycanın sərhəd bölgələrində genişmiqyaslı hərbi təlimlərə başlaması vacibdir.

Parlamentari bildirib ki, Azərbaycan Ermənistan xalqına açıq müraciət etməli və Xocalı qatillərinin hakimiyyətə qayıtmasının ağır nəticələr doğuracağını bəyan etməlidir. Eyni zamanda, Ermənistanın Xocalı soyqırımında iştirak edən şəxsləri cəzalandırması tələb olunmalıdır.

Qüdrət Həsənquliyev əlavə edib ki, Azərbaycanın sülh prosesini davam etdirərək Paşinyan hökuməti ilə sülh sazişi imzalamağa çalışması, Ermənistanla nəqliyyat xətləri açıldıqdan sonra iqtisadi və humanitar əlaqələrin qurulması zəruridir. O bildirib ki, Türkiyənin Ermənistanla əməkdaşlığı sülh sazişini gecikdirirsə, bu, Ermənistan üçün perspektivsizdir və Azərbaycana heç bir fayda vermir.

Deputat çıxışının sonunda Məzari-Şərifdə Talibanla mübarizə aparan Pakistana dəstək ifadə edilməsi zərurətini vurğulayıb, Talibanın digər dövlətlər tərəfindən alət kimi istifadə olunduğunu və öz xalqını hüquqlardan məhrum etdiyini qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-02-2026