Mobil versiya
Türkiyə ilə Preferensial Ticarət Sazişinin əhatə dairəsi genişləndirilir
Tarix: 26-02-2026 | Saat: 16:13
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər

Türkiyə ilə Preferensial Ticarət Sazişinin əhatə dairəsi genişləndirilir

Azərbaycan və Türkiyə arasında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi barədə razılıq əldə olunub.

aia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bu məsələ Gürcüstan – Azərbaycan – Türkiyə biznes-forumu çərçivəsində Türkiyənin ticarət naziri Ömər Bolatla görüşdə müzakirə olunub.

"Dost ölkə ilə iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi, ticarət dövriyyəsinin və investisiyaların davamlı olaraq artırılması, biznes əlaqələrinin təşviqi üzrə hüquqi bazanın təkmilləşdirilməsi, enerji, sənaye istehsalı, nəqliyyat, logistika, turizm və digər sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi haqqında fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-02-2026